29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Tiraspol”un oyununu “İnter”dən heç kim izləməyəcək

Xəbər verdiyimiz kimi, Avroliqanın ilk təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tiraspol” qarşıdakı 2 gündə 2 yoxlama oyununa çıxacaq. Lakin “İnter”in məşqçi və rəsmilərindən heç kim bu oyunu izləməyəcək. Futbolxeber.az saytına bu haqda “bankirlər”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib: “Bu gün “İnter” Trnava “Spartak”ı ilə qarşılaşır. Sabah isə komandamız istirahətdədir. Məşqçilər korpusundan heç kim “Tiraspol”un oyununa canlı olaraq baxmayacaq. Yəqin ki, rəqibin oyununu diskdə izləyib, təhlil edəcəklər”.

Xatırladaq ki, “Tiraspol” sabah Moldovanın digər təmsilçisi “Daçiya” ilə, iyunun 27-də isə Rusiyanın “Tom” klubu ilə üz-üzə gələcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31