16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"İnter"in Avroliqadakı rəqibini yaxından tanıyaq

“İnter” Avroliqanın ilk təsnifat mərhələsində Moldovanın “Tiraspol” klubu ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, eyniadlı şəhəri təmsil edən komandanın əsası 1991-ci ildə qoyulub. İlk əvvəl komanda Kişinyovu təmsil edib və “Konstruktorul” adlanıb. 2001-ci ildə Çibruçiyə üz tutan kollektiv, 2002-ci ildən Tiraspolda məskunlaşıb.

Klubun əsası Valeri Qriqoryeviç Rotar qoyub. Komanda ilk uğuruna 1995/96 mövsümündə nail olub. Həmin vaxt ölkə kubokunun finalında “İnter”in rəqibi “Tiliqul”a qalib gəlib – 2:1. 1996/97 mövsümündə isə komanda ilk dəfə ölkə çempionu olub. Növbəti mövsümdə “Tiraspol” yenidən ölkə kubokuna sahib çıxıb.

Hazırda “Tiraspol”un prezidenti Viktor Tulbadır. Baş məşqçi vəzifəsini isə Vlad Qoyan yerinə yetirir. O, 2011-ci ildən bu vəzifəni icra edir. 2012-ci ildə Moldovanın ən yaxşı məşqçisi seçilən Qoyanın rəhbərliyi altında “Tiraspol”, 1 dəfə (2013) Moldova kuboku, 1 dəfə (2013/14) ölkə çempionatının gümüş, bir dəfə də (2012/13) bürünc medallarını qazanıb.

Komanda ev oyunlarını “Şerif” İdman Kompleksinin stadionunda keçirir.  Bu arenanın tutumu 13300-dür. UEFA-nın son açıqlanan reytinq cədvəlində “Tiraspol” 378-ci yeri tutur. Komanda ev oyunlarında qırmızı, səfər matçlarında isə yaşıl rəngli formadan istifadə edir.

Tarixi ərzində “Tiraspol” 1 dəfə (19970 Moldova çempionu olub, 2 dəfə (1999, 2014) ikinci, 5 dəfə də (1996, 1998, 2000, 2006, 2013) üçüncü yeri tutub. Bundan başqa, komanda 3 dəfə (1996, 2000, 2013) Moldova kubokunun qalibi, 2 dəfə (1998, 1999) finalçısı olub. Ötən il də “Tiraspol” ölkə Superkuboku uğrunda mübarizədə uduzub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30