20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakı”da mühüm toplantı

Bu gün “Bakı” klubu rəhbərliyinin görüşü keçirilib.
 
Bu haqda Qol.Az-a klubun icraçı direktoru Yaşar Seyidov bildirib. Klub prezidenti Hafiz Məmmədov komandanın 2014/15 mövsümündə layiqli çıxış etməsi üçün müvafiq göstərişlərini verib.
 
Y.Seyidovun sözlərinə görə, futbolçuların maaşlarının geciməsi ilə bağlı son vaxtlar aktual olan məsələ də görüşdə müzakirə edilib. Klub prezidenti bu məsələnin ən qısa zamanda həll ediləcəyini bildirib.
 
“Bu ayın sonları komandamız Bakıda təlim-məşq toplanışna yığışacaq. Həmin günə qədər maaşla bağlı bütün məsələlərin həllini tapacağı artıq dəqiqləşib” – deyə Yaşar Seyidov qeyd edib.
 
Y.Seyidov bildirib ki, müqavilə ilə “Bakı”ya məxsus olan futbolçuların başqa klublara transferində problem yaratmayacaqlar.
 
O həmçinin deyib ki, komandadan kimin gedib, kimin qalacağı ilə bağlı yekun qərarı baş məşqçi Milinko Pantiç Bakıya qayıtdıqdan sonra verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30