24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Atletiko"nun seleksionerləri Bakıdadırlar

Daha əvvəl elan olunduğu kimi, "Bakı" ilə "Atletiko" arasında əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur Madrid klubunun bazasında təlim alacaqlar. Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.

Futbolxeber.az-ın məlumatına görə, artıq 3 nəfərdən ibarət seleksiyaçı məşqçilər Bakıdadırlar. Dünən Daniel Gonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neçə gün davam edəcək. 
 
1 həftə ərzində aparılan analizlər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən qurumun nümayəndəsi yer ala bilər. 
 
Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq.
 
Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.
 
Layihənin bütün xərclərini "Bakı" futbol klubu qarşılayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30