19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Araz Naxçıvan" daha 2 transfer reallaşdırır

Buna qədər Qərib İbrahimov, Emin Cəfərquliyev, Cahangir Həsənzadə və Ruslan Nəsirli ilə anlaşan “Araz Naxçıvan”ın növbəti transferi hücumçu olacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Əsgər Abdullayev milli komandamızın sabiq üzvü Vüqar Əsgərovu gətirir. “Sumqayıt”dan ayrıldıqdan sonra Latviyaya getmiş Vüqar Əsgərov sabah (bu gün) Azərbaycanda olacaq. 29 yaşlı hücumçu ilə Naxçıvan klubunun 1 illik müqavilə imzalayacağı gözlənilir. Vüqar bu məsələni inkar etməyib: “Bəli, Azərbaycana gəlirəm. Sabah inşallah vətəndə olacağam. İki gün içində hər şey bəlli olacaq. Mən Azərbaycanda yenidən oynamağı çox istəyirəm”.

Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib. Hücumçu bir müddət Azərbaycan yığmasına da dəvət alıb.

Budaq Nəsirov də növbəti mövsümü böyük ehtimalla “Araz Naxçıvan”da keçirəcək. Tovuz futbol məktəbinin yetirməsi olan və bir müddət öncə “İstanbul Böyükşehir Belediyyespor” klubunda oynamış Nəsirov “Araz Naxçıvan”ın hazırkı baş məşqçisi Əsgər Abdullayevə çoxdan tanışdır. Belə ki, Abdullayev hələ “Turan”da işləyərkən Budaqın istedadına bələd idi. Ona görə də Abdullayev gənc yarımmüdafiəçini “Araz Naxçıvan”a gətirməyi lazım bilib. Bu gün Naxçıvana gedən Budaq komanda ilə birgə məşqlərə başlayacaq. Hazırlıq Şərur Olimpiya Kompleksində həyata keçiriləcək.

Qeyd edək ki, Nəsirov müqavilə ilə “Bakı”ya məxsusdur. Bu mənada, onun “Araz Naxçıvan”da icarə əsasında oynayacağı gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30