29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Muntyanu rəsmən “Qəbələ”də

“Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rumıniyalı mütəxəssis Dorinel Muntyanu ilə bir illik müqavilə imzalanıb. Yeni baş məşqçinin imza mərasimi "Qəbələ"nin Sloveniyadakı təlim-məşq düşərgəsində baş tutub.

Zəngin futbolçu karyerasına malik Dorinel Muntyanu bir sıra Rumıniya klubları ilə yanaşı, ölkə xaricində də top qovub. O, Belçikanın "Serkl Brügge", eləcə də Almaniyanın "Köln" və "Volfsburq" komandalarının şərəfini qoruyub.

134 dəfə millli komandanın formasını geyinən Muntyanu aktivinə 16 qol yazmağı bacarıb.

2005-ci ildən məşqçiliyə başlayan mütəxəssis 2012-ci ilədək Rumıniyanın ÇFR (2005-2006), "Arceş" (2006-2007), "Vasluy" (2007-2008), "Universitatya" (2008), "Styaua" (2008), "Universitatya" (2009), "Otselul" (2009 - 2012), "Dinamo" Buxarest (2012) klublarının sükanı arxasında olub. Ardından o, Rusiyanın "Mordoviya" (2012-2013) və "Kuban" (2013) komandalarının baş məşqçisi kimi çalışıb.

Muntyanu 2010-2011-ci il mövsümündə "Otselul"la Rumıniya çempionu və Superkubokun qalibi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31