18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kamal Quliyev: “Dünən Fredin etdiyi hərəkəti mən də Serbiya ilə oyunda etmişdim”

“Həmin epizodda penalti yox idi. Səhv qərar ondan irəli gəlir ki, hakim həmin anda aldandı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millimizin keçmiş üzvü Kamal Quliyev deyib.

“ATV” telekanalında yayımlanan və Sənan Şəfizadənin aparıcısı olduğu “MUNDİAL 2014” proqramında qonaq olan veteran futbolçu dünən DÇ-2014 çərçivəsində keçirilən Braziliya - Xorvatiya (3:1) oyunundakı penalti epizodunu şərh edib.

Kamal Quliyev vaxtı ilə buna bənzər hərəkət etdiyini bildirib: “Əhməd Ələsgərovun bir sözü var: penaltinin 50 faizi epizoddan, 50 faizi də futbolçudan asılıdır. Əgər, futbolçu özünü ustalıqla yerə ata bilirsə, hakim mütləq aldanacaq. Dünən də belə oldu. Hakim epizoda yaxın idi və hər şeyi görürdü. Sadəcə, açılış oyununun gətirdiyi gərginlik, yerli publikanın Braziliyaya verdiyi dəstək onun qərarına təsir göstərdi. Etiraf edim ki, Bakıda Serbiyanı 2:1 hesabı ilə məğlub etdiyimiz oyunda mən də bu cür hərəkət etmişdim. Yıxıldığım epizodda penalti 60-70 faiz var idi. Amma özümü yerə elə atdım ki, hakim qəti şəkildə nöqtəni göstərdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30