28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Qabrovolu zarafatı

Bu, o Petev deyildi. “Qəbələ”nin  guya baş məşqçi məsələsində anlaşdığı Petevi deyirem ey. Kipr AEL-inin baş məşqçisi Petevi. “Qəbələ” rəsmiləri onun heç üzünü də görməyiblər. Elə İvaylo da “Qəbələ” adlı klub tanımır. Heç Zaur Əzizovu da tanımır. Bunu özü hələ bir həftə əvvəl demişdi mətbuata. “Qəbələ” adlı klubla danışıq aparmadığını, belə klubun varlığından bixəbər olduğunu bildirmişdi. Bu, o vaxtlar idi ki, Fariz Nəcəfov, Zaur Əzizov mətbuata verdikləri açıqlamalarda Petevlə anlaşdıqlarını deyirdilər.

Məsələ bilirsiz necə olub? “Qəbələ” rəsmiləri ilə danışıq aparan AEL-in baş məşqçisi İvaylo Petev olmayıb, Bolqarıstanın Qabrovo şəhərinin folklor qrupunun artisti İvaylo Petev olub. Qabrovolular adam oynadan olurlar axı. Eynən bizim şəkililər kimi. Həmən bu qabrovolu da “Qəbələ”nin baş məşqçi axtardığını görüb, məşhur həmyerlisi ilə eyni ad və soyadı daşımasından, bir az da ona oxşamasından yararlanaraq bizimkilərlə zarafat etmək istəyib. Zarafatı da əməllicə alınıb.

Bolqarlar ya fırıldaqçı olurlar, ya da zarafatçı. “Qəbələ” rəsmilərinin qarşısına bu dəfə zarafatçı bolqar çıxıb.

Amma zarafat bir yana qalsın, Tale Heydərov bir ətək vəsait xərcləyib “Qəbələ”ni brendə çevirmək istəyirdi. Petev zarafatı ilə urvatsız günə saldı bu brendi.

Zaur Əzizov İvalyanı qeyri-peşəkarlıqda ittiham edib. Amma özünün qeyri-peşəkarlığından bir kəlmə də danışmayıb. “Qəbələ”də Tale Heydərovun güvəndiyi, idaretmə sisteminə nəzarət edən şəxlərdə bir çimdik də peşəkarlıq elementi yoxdu. Tale Heydərov azərbaycanlı düşüncəsinə hakim olanlarla “Qəbələ”ni Avrova səviyyəsinə çatırmaq istəyir. Bu adamlar Ramin Musayevin qəssab düşüncəsinin yetirmələridi. Yuri Syomin şəraiti və vəsaiti “Qəbələ”dən az olan “Mordoviya”ya niyə qaçdı? Ağlı çaşmışdı? Yox, əksinə ağıllı tərpəndi Syomin. Qış fasiləsindən sonra komanda ətrafında baş verənlər dərs olmuşdu ona. Adam meydana hazır komanda buraxırdı, əvəzində pərən-pərən olnuş “Qəbələ” görürdü.

Komandada gedən pərədarxası oyunların əvvəl-axır başında çatlayacağını bilib, qaçdı Qəbələdən.

“Qəbələ”də düşüncəsi kif basmış idarəçilər oturub. Tale Heydərov onlardan xilas olmasa, “Qəbələ”ni brendə çevirə bilməyəcək.

Qəbələ Şəkiyə yaxındı. Bu adamlar İvalya ilə danışıq apararkən özləri ilə bir şəkili aparsaydılar nəticə tam başqa olardı məncə. İnanın, şəkili AEL-in baş məşqçisini “Qəbələ”yə gətirə bilməsə də, qabrovolu Petevi mütləq gətirəcəkdi.

Azərbaycan futbolu ilə maraqlanın ki, simanızdan gülüş əskik olmasın.

Natiq Muxtarlı, Rekord.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31