29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millət vəkili Braziliyadakı dünya çempionatına etiraz etdi

"Frankonun məşhur bir deyimi var: "40 ildə mən cəmiyyəti öküz döyüşü və futbolla idarə etdim". Yəni hamının başı ora qarışdı və İspaniya 40 il yoxsul ölkə kimi qala bildi".
 
Bunu Aktual.az-a açıqlamasında millət vəkili Fazil Mustafa iyunun 12-də Braziliyada start veriləcək futbol üzrə dünya çempionatı ərəfəsində yerli əhalinin sosial tələbləri ilə bağlı etirazına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, insanların tələbləri, tamamilə, haqlı tələblərdir. Çünki futbol əyləncədir, həyat, yaşam deyil:
 
"Braziliyada insanların həqiqətən də sosial problemləri var. Avropada futbola illərdir bir zövq məsələsi, insanların istirahət vaxtına uyğun gələn əyləncə kimi yanaşırlar. Sosial təminatları yaxşı olduğu üçün, futbol onlar üçün delikotes kimi bir şeydir. Yəni avropalılar üçün bu, gözəl anlar keçirmək, stresi atmaq üçün bir vasitədir. Amma başqa ölkələrdə bu meyar çox da işləmir.
 
İnsanlar daha çox yoxsulluq və stress içində yaşadıqları üçün bir sıra məsələlərdə onların narazılıqları başa düşüləndir. Ona görə də bu ölkələr öz problemlərini həll etməlidir, futbolla cəmiyyətin başını çox qatmamalıdır.
 
Məsələn, İngiltərədə təminatlı insan üçün, futbol həyatının gözəl bir anıdır. Amma Braziliya kimi ölkələrdə bu, stress atmaq növü olmaqdan çıxıb. Dünyanın bütün ölkələrinin, nisbətən, yoxsul zamanlarında bu, bir qürur qaynağına çevrilə bilirdi. Amma indi, bir qütbdə zəngin dövlətlər olanda, digər qütbdəki ölkələr isə problem içində çabalayanda, bu, təbii ki, o yerin xalqını qane edən bir durum deyil".
 
Millət vəkili mundialda simpatiyası olduğu komandanın adını da açıqladı: "Mən daha çox Bosniya və Hersoqovina millisinin uğur qazanmasını istəyirəm. Bu da sırf mənəvi bir məsələdir. Çünki həmin uğurun Bosniyanın çəkdiyi iztirablara müəyyən mənada bir məlhəm olacağını düşünürəm ".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31