20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" "Şəfa"da məşqə çıxıb

Topaz Premyer Liqasının 27-ci turunda "İnter"in qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi "Şəfa" stadionunda məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, hazırlıqlarını paytaxtda tamamlayan komanda qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirib. Daha sonra isə Georgi Çixradzenin yetirmələrini taktiki çalışmalara keçib. Qısa ötürmələr və "kvadrat"la tapşırıqları tamamlayan futbolçular ikitərəfli oyunla hazırlıqları bitirərək istirahətə çəkilib.

"İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq "İnter" - "Simurq" oyunu saat 19:00-da start götürəcək. 
 
Qeyd edək ki, paytaxt təmsilçisi ilə görüş öncəsi "Simurq"un heyətində zədəli və cəzalı futbolçu yoxdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30