19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" "Ayaks"la qarşılaşacaq

 

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiyaya yollanır. Futbolxeber.az-ın məlumatına görə, aprelin 21-də  “Zanbaqlar ölkəsi”nə səfər edəcək təmsilçimiz sözügedən ölkədə birhəftəlik hazırlıq keçəcək. Hüseynqulu Quliyevin yetirmələri hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ”nin Hollandiyada üz-üzə gələcəyi rəqibləri və matçların keçirilmə tarixləri bəllidir. “Qırmızı-qaralar” ilk oyununu aprelin 23-də “Ayaks”a qarşı keçirəcək. Növbəti gün "Qəbələ" Belçikanın “brügge” klubundan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. “Qəbələ” son yoxlama oyununda, aprelin 28-də Almaniya təmsilçisi “Fortuna” (Düsseldorf) ilə qarşılaşacaq. Komandanı Hollandiya səfərində “Qəbələ” Futbol akademiyasının direktor müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı müşayiət edəcək. Akademiyanın gənc məşqçiləri Xaqani Məmmədovla Sahil Kərimli də heyətdə yer alıblar. “Qəbələ” səfərə bu futbolçularla yola düşəcək:
 
Süleyman Süleymanov, Toğrul Məmmədbəyli, Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Xəyal Əmirli, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd  Mirzəyev, Elvin Həsənov, Azər İsmayılov, Nurlan Quliyev, Coşqun Süleymanov, Qara Mehrəlizadə, Fərid Əsədli, Rövlan Muradov. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30