25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yaşar Seyidov “Fənərbaxça”lı futbolçunun ittihamlarına cavab verdi

“Samir Əliyev, Nazim Bağırov və Aslan İsmayılov Aminlə Seyidovla eyni mövqedə oynayırlar. Bu oyunçuların hər biri Amindən daha güclüdürlər. Buna görə də, onlar əsas heyətə düşürdülər. Üstəlik, Azərbaycan millisinə də dəvət alırdılar. Aminin başlıca problemi də məhz bu idi". Bunu "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov deyib.

O, hazırda Türkiyə "Fənərbağça"sının 15 yaşadək futbolçulardan ibarət komandasının heyətində yer alan Amin Seyidovun keçmiş komandası "Bakı"ya qarşı ittihamlarını cavablandırıb. Y.Seyidov bildirib ki, A.Seyidovun atası paytaxt klubuna müraciət edərək, oğlunun Türkiyəyə yollanmasına əngəl olmamalarını xahiş edib: "Biz də valideyninin xahişini nəzərə alaraq, komandamızdan getməsinə razılıq vermişik. "Bakı” klubundakı peşəkarlıq baxımından uşaq futboluna yanaşma prinsipi heç bir komandada yoxdur və Aminin bizə yönəltdiyi ittiham əsassızdır. Bunun nəticəsidir ki, Madrid "Atletiko”sundan dəvət olunmuş komandamızın baş məşqçisi Milinko Pantiş əsas heyətə akademiyamızın 7 futbolçusunu cəlb edib. Pantiş 15-16 yaşlı futbolçularımızı daim diqqət mərkəzində saxlayır və ən yaxşılarını yenə də əsas komandamıza cəlb edəcək. Ona heç kim demir ki, kimisə götür, kimisə sıxışdır. Hansı futbolçunun potensialı daha yüksəkdirsə, o da daha çox şans qazanır".

"Bakı" rəsmisi yeniyetmə futbolçunun klub haqda dediklərini kökündən yanlış sayıb: "Bunun nəticəsidir ki, Aminin valideyni bu gün ölkə mətbuatı vasitəsi ilə övladının "Bakı” haqda dediklərinə münasibət bildirərək, səhv etdiyini dilə gətirib. Onun bu açıqlamasından sonra "Bakı” klubu olaraq, ümid edirik ki, bir daha analoji hal yaşanmayacaq".

 


Sportnet.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30