20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
 
28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində “Binə” klubunun azarkeşləri meydana daxil olmuş və “Çağırğan” klubunun futbolçularına hücüm etmişlər. Buna cavab olaraq “Çağırğan” klubunun azarkeşləri də meydana daxil olmuş və tərəflər arasında insident yaşanmışdır. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilmişdir. Oyunsonrası mükafatlandırma mərasimində “Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atmışlar.
1. “Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından kənarlaşdırılsın.
2. “Binə” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarınnan kənarlaşdırılsın.
3. “Binə” klubunun baş məşqçisi Məmmədəli Ağatalıbov növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulsun.
4. “Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirsin.
5. 28 may 2014-cü il Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” matçının 62-ci dəqiqəsində “Binə” klubunun 2 №-li futbolçusu Musayev Vüqar sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6. Oyunun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
1 iyun 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Viləş” - “Səhliyalı” matçının 88-ci dəqiqəsində “Səhliyalı” klubunun 66 №-li futbolçusu Babayev Ramil öz baş məşqçisini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
30 may 2014-cü il futzal üzrə Həvəskərlar birinciliyinin “Azərcell” - “Zirvə” matçının 24-ci dəqiqəsində “Azərcell ” klubunun 13 №-li futbolçusu Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 38.5).
Oyunun 37-cı dəqiqəsində “Zirvə” klubunun 55 №-li futbolçusu Qeyrət Əliyev və “Azercell” klubunun 15 №-li futbolçusu Fəyyaz Hüseynov, oyunun 38-ci dəqiqəsində “Zirvə” klubunun 10 №-li futbolçusu Səid Seyidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir oyunçu 3 oyun cəzalanır.(maddə 42.1).
Oyunun 40-cı dəqiqəsində “Zirvə” klubunun 24 №-li futbolçusu Fərdi Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
 

affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30