20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “İndidən qrupa düşməkdən danışanlar “Qarabağ”a ziyan vurur”

Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi

 

- Zədə səbəbindən yığmamızın ABŞ-la yoldaşlıq oyununda iştirak edə bilmədin. Komandanın kapitanı kimi futbolçularımızın çıxışını necə qiymətləndirirsən, oyundan hansı nəticələr çıxarmaq olar?

- Bu qarşılaşma Bolqarıstanla oyunqabağı son sınağımız idi. Düşünürdük ki, yaxşı nəticə qazanarıq. Ancaq istədiyimiz kimi alınmadı. Heyətdə problemlərimiz çox idi. Komandamızın bir çoxu zədədən əziyyət çəkirdi, oyuna optimal heyətlə hazırlaşa bilməmişdik, problemlərimiz çox idi. Rəqib də güclü idi. ABŞ millisi oynamağımıza imkan vermirdi.

- Zədən ciddidir?

- Həkimlər bir aya tam sağalacağımı deyiblər. Artıq bir həftə keçib. Bundan sonra üç həftə gözləməliyəm. Ağrılarım azalsa, komanda ilə birgə məşqlərə başlayacam.

- "Qarabağ"ın yay toplanışına qədər zədən bərpa oluna bilər?

- Yəqin ki, gecikəcəm. Ola bilər ki, bir toplanışa bir həftə gec qoşulum.

- Bu isə o deməkdir ki, Çempionlar Liqasındakı ilk oyunu buraxa bilərsən.

- Təbii ki, hər bir məşqin öz yeri var. Ancaq çalışacam ki, komandaya mümkün qədər tez qoşulum və ilk oyunda iştirak edim.

- "Qarabağ"la müqavilən başa çatıb. Klubla ilə yeni müqavilə ilə bağlı razılığa gəlmisən?

- Bəli, artıq müqavilə imzalamışam. Daha üç il "Qarabağ"da çıxış edəcəm.

- Deməli, karyeranı "Qarabağ"da başa vuracaqsan.

- Bunu Allah bilir. Bilmək olmaz ki, sabah nə olacaq. Ola bilər komanda özü mənimlə yolları ayırmaq istəsin. Öz fikrimə gəldikdə isə hər şey yaxşı olsa, niyə də "Qarabağ"da qalmayım?

- "Qarabağ"ın yeni transferi Danial Dias haqda fikirlərini bilmək istərdik.

- Bilirəm ki, Portuqaliya çempionatında stabil çıxış edən oyunçu olub. İndidən nəsə deməyə çətinlik çəkirəm. İstərdim ki, hücum xəttində bizə faydası olsun.

- Komandanız ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Azarkeşlər və futbol ictimaiyyəti bu turnirin Avroliqadan daha çətin olmasını nəzərə almır, "Qarabağ"dan gözləntilər çoxdur. Bu haqda nə düşünürsən?

- Bizdən gözləntilər həmişə böyük olub. Fikirləşmədən bizdən böyük nailiyyətlər umurlar. Baxıram ki, artıq hamı ÇL-nin qrupundan danışır. Bunun asan olacağını düşünürlər. Heç kim püşküt atılmasını, hansı rəqiblə düşəcəyimizi gözləmək istəmir. Düşünmədən qrup mərhələsindən danışırlar. Bu da bizim peşəkarlıqdan uzaq olmağımızı göstərir. Biz püşkatmanı gözləyirik. İyunun 23-də rəqibimiz bilinəcək. Ondan sonra nəsə deyə bilərik. İlk rəqibimizə uyğun məşqimizi edəcəyik.

- Düşünürsən ki, bu gözləntilərin komandaya müsbət təsiri ola bilməz?

- İndidən qrupa düşməkdən danışanlar “Qarabağ”a ziyan vurur. Necə ki, bizi mövsümün sonuna 7-8 tur qalmış çempion elan etmişdilər, indi də həmin şeylər təkrarlanır. Gördüyünüz kimi, çempionatın sonunda futbolçularımızda psixoloji problemlər yaranmışdı. Məşqçilər komandanı oyuna kökləməkdə çətinlik çəkirdi. İndi də ÇL-ın qrupundan danışmağa başlayıblar. Bunlar hamısı ziyanımızadır.

font-fa:A�t ��s vetica, sans-serif; font-size: 13px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: justify; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px; background-color: rgb(255, 255, 255);">- "Qarabağ"ın yay toplanışına qədər zədən bərpa oluna bilər?

 

- Yəqin ki, gecikəcəm. Ola bilər ki, bir toplanışa bir həftə gec qoşulum.

- Bu isə o deməkdir ki, Çempionlar Liqasındakı ilk oyunu buraxa bilərsən.

- Təbii ki, hər bir məşqin öz yeri var. Ancaq çalışacam ki, komandaya mümkün qədər tez qoşulum və ilk oyunda iştirak edim.

- "Qarabağ"la müqavilən başa çatıb. Klubla ilə yeni müqavilə ilə bağlı razılığa gəlmisən?

- Bəli, artıq müqavilə imzalamışam. Daha üç il "Qarabağ"da çıxış edəcəm.

- Deməli, karyeranı "Qarabağ"da başa vuracaqsan.

- Bunu Allah bilir. Bilmək olmaz ki, sabah nə olacaq. Ola bilər komanda özü mənimlə yolları ayırmaq istəsin. Öz fikrimə gəldikdə isə hər şey yaxşı olsa, niyə də "Qarabağ"da qalmayım?

- "Qarabağ"ın yeni transferi Danial Dias haqda fikirlərini bilmək istərdik.

- Bilirəm ki, Portuqaliya çempionatında stabil çıxış edən oyunçu olub. İndidən nəsə deməyə çətinlik çəkirəm. İstərdim ki, hücum xəttində bizə faydası olsun.

- Komandanız ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Azarkeşlər və futbol ictimaiyyəti bu turnirin Avroliqadan daha çətin olmasını nəzərə almır, "Qarabağ"dan gözləntilər çoxdur. Bu haqda nə düşünürsən?

- Bizdən gözləntilər həmişə böyük olub. Fikirləşmədən bizdən böyük nailiyyətlər umurlar. Baxıram ki, artıq hamı ÇL-nin qrupundan danışır. Bunun asan olacağını düşünürlər. Heç kim püşküt atılmasını, hansı rəqiblə düşəcəyimizi gözləmək istəmir. Düşünmədən qrup mərhələsindən danışırlar. Bu da bizim peşəkarlıqdan uzaq olmağımızı göstərir. Biz püşkatmanı gözləyirik. İyunun 23-də rəqibimiz bilinəcək. Ondan sonra nəsə deyə bilərik. İlk rəqibimizə uyğun məşqimizi edəcəyik.

- Düşünürsən ki, bu gözləntilərin komandaya müsbət təsiri ola bilməz?

- İndidən qrupa düşməkdən danışanlar “Qarabağ”a ziyan vurur. Necə ki, bizi mövsümün sonuna 7-8 tur qalmış çempion elan etmişdilər, indi də həmin şeylər təkrarlanır. Gördüyünüz kimi, çempionatın sonunda futbolçularımızda psixoloji problemlər yaranmışdı. Məşqçilər komandanı oyuna kökləməkdə çətinlik çəkirdi. İndi də ÇL-ın qrupundan danışmağa başlayıblar. Bunlar hamısı ziyanımızadır. 


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30