25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elvin Məmmədov: “Türkiyədən təklif alsam da...”

“Yerli klublardan real təklifi “İnter”dən aldım. Düzdür, menecerlər yaxınlaşıb, digər klubların da mənimlə maraqlandığını deyirdilər. Amma ortada real təklif yox idi. Konkret təklif “İnter”dən gəldi, mən də qəbul etdim”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Bakı”dan “İnter”ə keçən Elvin Məmmədov deyib.

Təcrübəli futbolçu Türkiyədən təklif alsa da, qardaş ölkəyə yollanmaq istəməyib: “Türkiyədən də təklif almışdım. Birinci liqa klubu idi. Amma həmin komanda iddialı deyildi, ortabab idi. Əgər, xidmətimdə maraqlı olan komanda iddialı, növbəti mövsümdə Superliqaya çıxmaq uğrunda mübarizə aparacaq olsaydı, təklifi qəbul edərdim. Ortabab, iddiasız olduğu üçün təklifi qəbul etmədim. “İnter” isə Avroliqada mübarizə aparacaq. Ona görə də keçmiş komandama qayıtdım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30