29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Klublarımızın Avroliqadakı bütün potensial rəqibləri bəllidi

Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək klublarımızın bütün potensial rəqibləri müəyyənləşib. Mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "İnter" və "Qəbələ" klubları fərqli səbətlərdə qərarlaşıblar. Reytinq xalı nisbətən yüksək olan "İnter" “səpələnmişlər” səbətində yer alıb ki, bu da "bankirlər"ə nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq. Tarixində ilk dəfə avrokuboklara qatılan "Qəbələ" klubu isə “səpələnməmişlər” səbətində qərarlaşıb. Bu səbəbdən "qırmızı qaralar" ilk mərhələdə nisbətən güclü rəqiblə üz-üzə gələcək.

Azərbaycan kubokunun qalibi "Neftçi" Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Ağ qaralar" “səpələnmişlər” səbətində qərarlaşıb. Bu isə "Neftçi"yə nisbətən zəif rəqiblə qarşılaşmaq imkanı verəcək.

Qeyd edək ki, Avropa Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 23-də atılacaq.

"İnter"in potensial rəqibləri: "Diosqyor" (Macarsıtan), "Şkendiya" (Makedoniya), "Fola Eş" (Lüksemburq), "Krusaders" (Şimali İrlandiya), "Sant Julia" (Andorra), "Şirak" (Ermənistan), "Veris" (Moldova), "Mika" (Ermənistan), "Derri Siti" (İrlandiya), "Sioni" (Gürcüstan), "Hibernians" (Malta), "Slima Vanderers" (Malta), "Çelik" (Monteneqro), "Astana" (Qazaxıstan), "Fram Reykyavik" (İslandiya), "Jelqava" (Latviya), "Vikinqur" (Farer adaları), "Kayrat" (Qazaxıstan), "Laçi" (Albaniya), "Turnovo" (Makedoniya), "Dundalk" (İrlandiya), VPS (Finlandiya), "Styarnan" (İslandiya), "Banqa" (Litva), "Dauqava" (Latviya), "Lovçen" (Monteneqro), "Torşhavn" (Farer adaları), "Santa Koloma" (Moldova), "Kalev" (Estoniya), "Atlantas" (Litva), "Fuqlafyodr" (Farer adaları), "Airbus" (Uels), "Qlenavon" (Şimali İrlandiya), "Libertas" (San Marino), "Aberistvit" (Uels), "Santos Tartu" (Estoniya), "Folqore" (Cəbəllütariq), "Kollec" (Cəbəllütariq)

"Qəbələ"nin potensial rəqibləri: "Rusenborq" (Norveç), "Tromse" (Norveç), "Liteks" (Bolqarıstan), "Ekranas" (Litva), "Hafnarfyardar" (İslandiya), "Göteborq" (İsveç), "Jelezniçar" (Bosniya və Hersoqovina), "Şaxtyor" (Karaqandi, Qazaxıstan), "Spartak" (Trnava, Slovakiya), "Differdanj" (Lüksemburq), RNK (Split, Xorvatiya), "Linfild" (Şimali İrlandiya), "Pünik" (Ermənistan), "Aberden" (Şotlandiya), "Şiroki Briyeq" (Bosniya və Hersoqovina), "Botev" (Bolqarıstan), "Honka" (Finlandiya), "Sliqo Rovers" (İrlandiya), "Birkirkara" (Malta), "Buduçnost" (Monteneqro), "Vaduz" (Lixtenşteyn), "Yaqodina" (Serbiya), "Koper" (Sloveniya), "Banqor Siti" (Uels), "Brommapoykarna" (İsveç), "Zimbru" (Moldova), MYüPA (Finlandiya), "Haugesund" (Norveç), "Nomme Kalyu" (Estoniya),  "Ferencvaros" (Macarıstan), "Dauqava" (Latviya), "Jenuesse Eş" (Lüksemburq), "Rudar" (Sloveniya), "Kukesi" (Albaniya), "Metallurq" (Makedoniya), "Çikura" (Gürcüstan), "Flamurtari" (Albaniya), "Tiraspol" (Moldova)

"Neftçi"nin potensial rəqibləri: "Şaxtyor" (Belarus), "Qyor" (Macarıstan), "Sent Conson" (Şotlandiya), "Zavişa" (Polşa), "Neman" (Belarus), "Koşitse" (Slovakiya), "Trensin" (Slovakiya), "Qorika" (Sloveniya), RoPS (Finlandiya) və I təsnifat mərhələsinin qalibləri - "Spartak" (Trnava, Slovakiya), "Differdanj" (Lüksemburq), RNK (Split, Xorvatiya), "Linfild" (Şimali İrlandiya), "Pünik" (Ermənistan), "Aberden" (Şotlandiya), "Şiroki Briyeq" (Bosniya və Hersoqovina), "Botev" (Bolqarıstan), "Honka" (Finlandiya), "Sliqo Rovers" (İrlandiya), "Birkirkara" (Malta), "Buduçnost" (Monteneqro), "Vaduz" (Lixtenşteyn), "Yaqodina" (Serbiya), "Koper" (Sloveniya), "Banqor Siti" (Uels), "Brommapoykarna" (İsveç), "Zimbru" (Moldova), MYüPA (Finlandiya), "Haugesund" (Norveç), "Nomme Kalyu" (Estoniya),  "Ferencvaros" (Macarıstan), "Dauqava" (Latviya), "Jenuesse Eş" (Lüksemburq), "Rudar" (Sloveniya), "Kukesi" (Albaniya), "Metallurq" (Makedoniya), "Çikura" (Gürcüstan), "Flamurtari" (Albaniya), "Tiraspol" (Moldova)


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31