16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Bilirəm ki, məndən gözləntilər çoxdu”

“Qarabağ”ın yeni transferi Daniel Leandro Dias Ağdam klubuna keçidini şərh edib. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ”ın rəsmi saytına danışan braziliyalı futbolçu yeni klubuna uğur qazanmaq üçün gəldiyini bildirib: “Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın 1 parçası olmaq cox vacibdir. Çünki, uğurları ayrı fərdlər deyil, komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdür. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda “Qarabağ” üçün döyüşən futbolçu görəcəklər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30