19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Atletiko" Heydər Əliyev mərkəziylə tanış oldu

Xəbər verdiyimiz kimi, Madrid "Atletiko"su ölkəmizdə səfərdədi. Futbolxeber.az-ın məlumatına görə, "Four Seasons" otelində İspaniya çempionluğunun rəmzi olan kuboku yerli media nümayəndələrinə təqdim edən Madrid təmsilçisinin səfər proqramı dünən də əlamətdar olub.

Belə ki, başda "Atletiko"nun prezidenti Enriko Sereso olmaqla klub üzvləri Heydər Əliyev mərkəzinə gələrək burda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar. Ardından mərkəzin tarix muzeyinə baş çəkən ispaniyalı qonaqlar, Azərbaycan tarixi haqda geniş məlumat əldə ediblər. Eyni zamanda "Atletiko"nun nümayəndələri ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin bərpası yolunda yorulmaz fəaliyyəti haqda müfəssəl informasiya alıblar.

Sonda qonaqlara iri neft-qaz layihələrinin reallaşmasında ümummilli lider Heydər Əliyevin gördüyü işlər haqda da bilgi verilib. 


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30