23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”ın potensial rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi bu mərhələdə yüksək reytinq xalına görə (7,765) görə “səpələnmişlər” arasında qərarlaşıb. Buna görə də “Qarabağ” daha aşağı reytinq xalı olan klublarla qarşılaşacaq. Buna baxmayaraq, potensial rəqiblər arasında İsveçin “Malmö” klubu, eləcə də Norveç çempionu var.

“Qarabağ”ın bütün potensial rəqibləri:

- “Dinamo” (Tbilisi, Gürcüstan)

- “Malmö” (İsveç)

- “Reykjavik” (İslandiya)

- “Dudelanj” (Lüksemburq)

- “Stromsqodset” (Norveç)

- “The New Saints” (Uels)

- “St. Patrick`s Athletic” (İrlandiya)

- “Skenderbeu” (Albaniya)

- “Rabotniçki” (Makedoniya)

- “Valletta” (Malta)

- “Zrinjski” (Bosniya və Herseqovina)

- “Kliftonvill” (Şimali İrlandiya)

- “Jalgiris” (Litva)

- Çernoqoriya çempionu

- La Fiorita (San Marino - I təsnifat mərhələsi)

- Levadia Tallin (Estoniya - I t/m)

- Santa Coloma (Andorra - I t/m)

- Torshavn (Farer Adaları - I t/m)

- Lincoln (Cəbəllütariq - I t/m)

- Banants (Ermənistan - I t/m)

Püşkatma iyunun 23-də keçiriləcək. I təsnifat mərhələsinin  qalibi olan 3 klub ikinci təsnifat mərhələsinə yüksələcək. “Qarabağ”ın qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30