19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yaşar Seyidov: “Atletiko” yaxşı günümüzdə də yanımızda olur, pis günümüzdə də”

“Atletiko” yaxşı günümüzdə də yanımızda olur, pis günümüzdə də. Bu gün müstəqillik gününü qeyd edirik. “Atletiko” isə çempionluq kuboku ilə Bakıya təşrif buyurub. Onlar fevralın 26-da, Xocalı soyqırımı günündə də Azərbaycanı unutmamışdılar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov deyib.

“Atletiko”nun Bakıya səfərinə həsr olunmuş mətbuat konfransını giriş sözü ilə açıq elan edən Y.Seyidov Madrid klubunun ötən il ölkə prezidenti İlham Əliyevlə görüşünü də xatırlayıb: “Ötən il “Atletiko”nun Bakıya səfəri zamanı qonaqlar cənab prezident İlham Əliyevlə görüşdülər. Bu görüşdən bir neçə gün sonra “Atletiko” İspaniya kubokunu qazandı. Bu il isə onlar La Liqanın qalibi oldular. Hafiz müəllim başda olmaqla hər birimiz “Atletiko”yla əməkdaşlıqdan məmnunuq. İnanıram ki, “Atletiko” gələcəkdə də uğur qazanacaq. Bu əməkdaşlıq Azərbaycan-Ispaniya münasibətlərinin inkişafında böyük rol oynayır. Bütün bu uğurların memarı dövlət başçımız İlham Əliyevdir. Azərbaycanın adı daim qalib olmalı, zirvədə yer almalıdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30