19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yuri Syomin: “Çempion yox, amma ikinci ola bilərdik” (MÜSAHİBƏ)

“İLK YERƏ İDDİA ETMƏK ÇƏTİN İDİ. ÇÜNKİ “QARABAĞ” AÇIQ-AŞKAR DİGƏRLƏRİNDƏN GÜCLÜYDÜ”

“Qəbələ”dən ayrılan Yuri Syomin Rusiyanın “Sport-Ekspress” qəzetinə geniş müsahibə verib. Futbolxeber.az müsahibənin “Qəbələ” və Azərbaycan futbolu ilə bağlı olan hissəsini təqdim edir:

- Finaldakı məğlubiyyətdən sonra çox məyus oldunuz?

- Qələbə qazanmayanda, təbii ki məyus olursan. Özü də biz həmin matçda uduzmamalıydıq. Amma finalda qalib yalnız 1 komanda olur. Həmin komanda da “Neftçi” oldu.

- “Qəbələ”də çalışmaq sizə nə verdi?

- Çox şey. Mən titulları olmayan, heyətində “Dinamo” və ya “Lokomotiv”dəki kimi səviyyəli futbolçuların yer almadığı komandaya getdim. Orada çalışmaq özüm üçün də çox maraqlı idi: görəsən, belə vəziyyət nəticə qazanmağı və futbolçuları inkişaf etdirməyi bacaracağam?

- Klub rəhbərliyinin qarşınıza qoyduğu məqsəd yerinə yetirildi?

- Tamamilə. “Qəbələ” avrokuboklara vəsiqə qazandı, çempionatda bürünc medallara sahib çıxdı, kubokda finala kimi irəlilədi. Amma o da həqiqətdir ki, mövsüm ərzində heç olmasa bir kubok qazanmamağımız bir qədər məyusluq yaşadır.

- Siz ölkə xaricində kifayət qədər çalışmış azsaylı rusiyalı mütəxəssislərdənsiniz. Yeni Zelandiya, Ukrayna, Azərbaycan...Bu, sizə hansı təcrübəni qazandırıb və xaricdə çalışan, çalışmaq istəyən həmkarlarınıza nə məsləhət görərdiniz?

- Əsas odur ki, olduğunuz ölkəyə hörmət edəsiniz. Xalqın ədat-ənənələrinə, kluba hörmətlə yanaşın. Bu halda həm çalışmaq asan olacaq, həm də zirvəni fəth etmək. BƏƏ-yə yollanmaq şansım olsa da, keçmiş Sovet respublikasında çalışmaq mənə daha maraqlı gəldi. Orada insanlar rusca danışırlar. Xeyli xoş xatirə qalıb. Azərbaycanda çalışmaqla mən insanların istiqanlığını hiss etdim.

- Siz əvvəl “Lokomotiv” və Kiyev “Dinamo”sunu, indi də “Qəbələ”ni avrokuboklara daşıdınız. Məşqçi Syominin “Avropaya necə düşmək” barədə hansısa xüsusi resepti  var?

- Bu il çox çətin alındı. Biz heç cür liderlər qrupuna - “Qarabağ”, “Neftçi” və “İnter”ə yaxınlaşa bilmirdik. Bunun da bir çox səbəbləri var. Qəbələ yeni və kiçik şəhərdi. Əvəzində klubun futbolu bilən, sevən və inkişaf etdirmək istəyən çox gözəl rəhbərliyi var. Xeyli stadion tikilib, əla baza inşa edilib, eləcə də möhtəşəm futbol məktəbi var. Düzdür, hələlik bu bir fayda vermir. Amma əminəm ki, gələcəkdə bunun faydasını görəcəklər. Üstəlik, mənim gəlişimlə komandanın heyəti 90 faiz dəyişdi. Hər kəslə ümumi dil tapmaq, qısa zamanda heç də asan olmadı.

- Bilirəm ki, “Qəbələ”nin sahibi Tale Heydərov kubokun finalından sonra paltardəyişmə otağında olub. O, razı idi?

- Əldə olunmuş nəticəyə görə o, bizə minnətdarlıq etdi. İlk növbədə final matçı onun xoşuna gəldi. Təşkilatçılıq yüksək səviyyədə idi, eləcə də stadiona xeyli sayda azarkeş toplaşmışdı. Yenilgiyə baxmayaraq, bu, “Qəbələ”nin ən yaxşı oyunlarından biri idi.  

- Siz və klubun sahibi “Qəbələ”nin gələcəyini necə görür?

- Perspektiv əladır. Klub rəhbərliyi də gözəl anlayır ki, yüksək nəticə qazanmaq üçün müəyyən etaplar keçilməlidir. “Qəbələ”nin gələcəyi parlaqdı.

- Bəzən internetdə azarkeşlərin sizə qarşı olduğu barədə xəbərlər dolaşırdı. Hətta sizin stadionu arxa çıxışdan tərk etmək məcburiyyətində qaldığınız deyilirdi. Sizi sevməyənlərin sayı çox idi?

- Yəqin ki, “Qəbələ”nin ortabab klubdan liderlərlə rəqabət aparan bir kluba çevrilməsi çoxlarının xoşuna gəlməyib. Biz bir müddət hətta çempionatın liderdiydik.

- Bəlkə siz başqasının yerini tutmuşdunuz?

- Bu mövzu mənim üçün tamamilə maraqsızdı. Yalnız bir şeyi deyə bilərəm: rəqibi zərərsizləşdirməyin bir neçə yolu var. Mətbuatın sayəsində, müəyyən təzyiqlərlə, hakimlərlə bunu etmək mümkündür. Yeni ildən sonra təzyiqlərlə qarşılaşdıq və nəticədə “lazımsız” xal itkilərinə yol verdik. Halbuki ikinci yeri tutmağımız da mümkün idi. İlk yerə iddia etmək çətin idi. Çünki “Qarabağ” açıq-aşkar digərlərindən güclüydü.

- İzmaylovun kluba dəvət olunması özünü doğrultdu?

- Əlbəttə. Azərbaycanda əla futbolçunu gördülər. Xüsusən də ilk oyunlardakı uğursuz çıxışdan sonra. Sadəcə olaraq, bir qədər səbr etmək lazım gəlirdi. Əvəzində kubokun finalında mən Rusiya Premyer Liqasında istənilən klubda forma geyə biləcək superoyunçu gördüm. Məncə, “Portu” onu yenidən heyətinə cəlb edəcək. İzmaylov finalın ən yaxşısı idi. Baxmayaraq ki, oyunsonrası penaltini yerinə yetirə bilmədi.

Tərcümə etdi: Şahin ZÜLFÜQAROV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30