20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

2013/2014 mövsümü: qolların tipologiyası

Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümündə qapılara ümumilikdə 432 qol vurulub. Futbolxeber.az-ın məlumatına görə, bunlardan 190 top ilk hissədə, qalan 242-si isə ikinci hissədə qeydə alınıb.

Azərbaycan Premyer Liqasının oyunlarının ilk hissəsində hamıdan çox qol vuran isə “İnter”dir. Mövsümün gümüş mükafatçısı 27 dəfə rəqibi ilk 45 dəqiqədə meydanın mərkəzinə dəvət edib. Bu mövsüm Premyer Liqanı tərk etmiş “Rəvan” isə ilk hissələrdə hamıdan az - cəmi 10 dəfə fərqlənib.

İkinci hissələrdə ən məhsuldar nəticə isə “Qarabağ”ın payına düşür. Ağdamlılar oyunların ikinci hissələrində 43 dəfə rəqibi məyus edə bilib. Qeyd edək ki, bu göstərici komandanın ilk hissələrdə vurduğu qol sayından, demək olar ki, iki dəfə çoxdur (ilk hissələrdə 23 qol). “Rəvan” klubu isə bu göstəricidə də hamıdan geridə qalıb. Paytaxt təmsilçisi ikinci hissələrdə cəmi 12 qol vura bilib.

Cərimə zərbələrindən ən çox faydalanan komandalar “Bakı” və “Neftçi”dir. Paytaxt klubları hərəyə 10 dəfə standart vəziyyətlərdən rəqiblərini məyus edib. Künc zərbələrindən isə “Qəbələ” 8 dəfə qol vurmaqla ən yaxşı nəticəni müəyyən edib. “Bakı” klubu həm də 11 metrlik cərimə zərbələrindən vurulan qolların sayına görə liderdir - 8 top.

Komandaların buraxdığı qollara nəzər saldıqda “Sumqayıt”ın cərimə zərbələri zamanı uğursuz oynadığı görünür. “Gənclər şəhəri”nin təmsilçisi qapısında gördüyü 61 qoldan 10-nu məhz cərimə zərbələrindən buraxıb. Standart vəziyyətlərdən buraxılan qolların statistikasında “Rəvan”ın da göstəricisi ürəkaçan deyil. Bakılılar 66 qoldan 9-nu künc zərbəsindən sonra buraxıb. Mövsüm boyu 11 metrlik cərimə zərbəsindən ən çox qol buraxan isə “Xəzər Lənkəran”dır. Rəqibləri cənub təmsilçisi 8 dəfə penaltilərdən vurulan qollarla məyus edib. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30