19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Marat İzmaylov: “Qəbələ”yə yalnız ona görə getmişdim”

“Qəbələ”dən ayrılan Marat İzmaylov “Sport-Ekspress”ə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Yeddi illik legioner həyatı sizi çox dəyişdi?

- İstənilən halda 7 il önəmli müddətdir. Əminəm ki, bu illər boşa keçməyib. Həmin illər məni həm futbol, həm də həyat baxımından möhkəmləndirdi. Ən azından daha intizamlı və məsuliyyətli oldum.

- Azərbaycanın "Qəbələ" klubuna keçidin menecerin Paulo Barbozonun vasitəsilə oldu?

- İlk növbədə Yuri Syominə minnətdaram. Gizlətmirəm, “Qəbələ”yə yalnız ona görə getmişdim.

- Yəni sizi futbolçu kimi məhz Syomin kəşf edib...

- Belə demək olar.

- "Qəbələ"yə keçidinlə bağlı danışıqlar necə alındı? Siz Portuqaliyada əyləşib qəhvənizi içirdiniz və birdən zəng gəldi...

- Gəlin unutmayaq ki, həmin vaxt mən bir neçə ay oynamamaqla yanaşı, məşq də etmirdim. Niyə? Açıqlamaq istəmədiyim səbəblər var. Amma Syominin zəngi yerinə düşdü.

- Siz hələ də "Porto"ya məxsussunuz?

- Hələ bir illik müqaviləm var.

- Axı bu addım riskli idi. Hazırlıqsız və tanımadığınız çempionata yollanırdınız...

- Özümə gəlmək və əvvəlki oyunumu bərpa etmək üçün şans yaranmışdı. Ən əsası isə o idi ki, mən Azərbaycanda oynamaq imkanı əldə etdim.

- Buna peşman deyilsiniz?

- Əksinə. Çox şadam ki, 100 faiz düzgün addım atmışam. “Qəbələ”də hər şey xoşuma gəldi, mənə çox rahat idi. Hiss edirəm ki, komandaya lazımam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30