Ölkə futbolu
Amerikalılara bu da azdı... YAZI
“Xəzər Lənkəran”dan yazmağı dondururam. Milli çempionatımızda yaranan fasilədən istifadə edib bu mövzunu hələlik dincə qoyuram. Bunun da bir neçə səbəbi var. Birincisi, cənubluların mövsüm boyu ayağını sürüyən futbolçuları gedib dincələ bilirsə, mən niyə istirahət etməyim? İkincisi də, onsuz da bu klubda işlər yazmaqla düzələnə oxşamır, köşə qoşmaqla iş irəli getsəydi, indi “Xəzər Lənkəran” gərək Çempionlar Liqasının finalında oynanaydı... Hanı, oynadı? Başqa səbəblər də var, amma yazmaq istəmirəm, çünki bayaq dediyim kimi, mövzunu hələlik dondururam. Qismət olsa, bu qərara arada bir də yenidən baxarıq. Mövzu Amerikaya qaçmayıb ki, əlimiz çatmaya.
Amerika demişkən, ştatlar birləşib bütün dünyaya meydan oxuyur, yetənə yetir, yetməyənə də bir bəyanatdan-filandan tolazdıyırlar. Öz aramızdı, bəyanatla yaxşı qurtarırıq, bir vaxtlar lap top atırdılar, indi deyəsən bir az düzəliblər.
Bütün idman yazarları birləşib Berti Foqtsun üstünə düşəndə, mən Almaniyadan gələn qəribi müdafiə etməyə çalışırdım. Deyirdim, qardaşlar, siz hələ Berti müəllimi yaxşı tanımırsız. Vaxtı gələndə görəcəksiniz ki, analar necə alman doğub. Gördünüz, mən haqlı çıxdım. Berti Foqts Azərbaycan futbolunun qaymaqlarını bir təyyarəyə yığıb uçdu Amerikaya. Bu balacaboy, qərib almanda ürəyə bax e...
Bir neçə il öncə oralarda olmuşam, bu amerikalılar özlərini elə aparırlar ki, elə bil Sakit Okeanı onlar yaradıb. Berti Foqtsun cəsarət yağan hərəkəti ürəyimdən lap tikan çıxardı. And içmirəm, amma onu bilirəm ki, Çinlə Malta birləşsə də Amerikaya bu pisliyi edə bilməzdi. Qoy bizim millinin futbolçuları ABŞ yığması ilə yoxlama oyununda tam 90 dəqiqə ora-bura qaçıb amerikalı azarkeşlərin zövqünü korlasınlar. Dünyanın hər yerindən okeanın o tayına gedib özünü amerikalı sayanlar anlasınlar ki, biz illərdi Foqtsun oyunçularından nələr çəkmişik...
Birləşmiş Millətlər Təşkilatına ofis üçün Nyu-Yorkda yer verib dünyanı barmağına dolamaqla deyil. Amerikanın belə hünəri varsa, alman Berti Foqtsun baş məşqçi olduğu Azərbaycan millisinin oyunundan baş çıxarsın. Onda deyərəm ki, 50 ştatı birləşdirmək sizə halal olsun. Amerikalılar Əfqanıstana, İraqa gedib top atmağı igidlik sayır, hər gün bununla qürrələnirlər. Belə hünərləri varsa bizim futbolçuların 10-15 saat uçub San-Fransiskoda topu ora-bura atmalarına cavab versinlər. Alman Berti Foqts amerikalıları yaman yerdə yaxalayıb.
Amerika Birləşmiş Ştatları Ayda kivi, yerdə repçi yetişdirir, okeanın o tayında daş atanda da gedib repçiyə dəyir. Onlar hələ bilmirlər ki, Foqtsun San-Fransiskoya apardığı Kamran Ağayev necə meyxana düzüb-qoşur. Kamran təkliyinə onların bütün repçilərini Atlantik Okeana susuz aparıb, susuz gətirər. Futbolçu-meyxanaçımız bir neçə ay “Bakı”da oynadı, nələr elədisə o boyda klub hələ də özünə gələ bilmir. Hələ mən “Xəzər Lənkəran”a, konkret Mirça Rednikə qarşı elədiklərini yazmıram. Bir vaxtlar deyirdi ki, Rednik kimdi, kuboku “Xəzər Lənkəran”a mən qazandırmışam. Amma zaman elə gətirdi ki, “Bakı”da da, “Qəbələ”də də qapını qorudu, lakin kuboka heç barmağını da toxundura bilmədi.
İsti hava fikrimi çaş-baş saldı, az qala tamam yadımdan çıxmışdı. Axı “Xəzər Lənkəran”dan yazmağı dondurmuşam. İndi əsas məsələ Berti Foqtsun okeanın o tayına apardığı futbolçularımızın Amerikanı necə cəzalandıracağını görməkdi. Özü də millimiz ABŞ futbolçuları ilə axşam meydana çıxanda buralarda səhər tezdən olacaq.
Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı...
Etibar Cəbrayıloğlu, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda