26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sənan Şəfizadə “Sovetski Sport”a danışdı: “Atletiko”nun sayəsində milyonlarla insan Azərbaycanı tanıdı”

“ATV” kanalının əməkdaşı, tanınmış jurnalist Sənan Şəfizadə “Sovetski Sport”a müsahibə verib. S.Şəfizadə müsahibəsində Madrid “Atletiko”suyla “Bakı” klubu arasındakı əməkdaşlıqdan danışıb. Futbolxeber.az Sənan Şəfizadənin fikirlərini təqdim edir:

* Qeyd etmək lazımdır ki, hələ əvvəl də Azərbaycanda “Atletiko”nun kifayət qədər azarkeşi var idi. Çünki Madrid klubunda Türkiyə millisinin üzvü Arda Turan çıxış edir. Amma “Atletiko” “Bakı” ilə əməkdaşlığa başladıqdan sonra Madrid klubunun ölkəmizdəki fanatlarının sayı xeyli artdı. “Atletiko”nun ötən il Bakıya səfərinin də bunda müstəsna rolu oldu. Həmin vaxt hələ Falkao madridlilərin şərəfini qoruyurdu. Komanda Bakıda müxtəlif tədbirlərdə iştirak etdi, ölkə prezidentinin qəbulunda oldu, reklam roliklərində çəkildi, eləcə də “Bakı” ilə yoldaşlıq görüşü keçirdi.

* Sponsorluq müqaviləsi imzalandıqdan sonra “Atletiko”nun ölkə çempionatındakı, kubok və Çempionlar Liqasındakı bütün görüşləri yerli idman kanalı vasitəsi ilə canlı olaraq yayımlanır. Şərhçilər də daim Madrid klubunun oyunlarını böyük həvəslə şərh edirlər. Həm də idman kanalı İspaniya çempionatına böyük maraq göstərir. Çünki ölkəmizdə “Atletiko”yla yanaşı, “Real”ın da xeyli fanatı var. İndi özünüz təsəvvür edin ki, Çempionlar Liqasının finalından öncə Bakıda necə ajiotaj var. Bakıda hətta oyunları izləmək üçün kinoteatrların dəvət afişasına da rast gəlmək mümkündür. Qiymətlər də sərfəlidir.

* Bakının küçələrində tez-tez üzərində “Land of fire Azerbaijan” yazılmış, “Atletiko” formasını geymiş gənclərə rast gəlmək mümkündür. Halbuki əvvəllər belə mənzərəylə qarşılaşmaq qeyri-mümkün idi. Özü də həmin futbolkalarda təkcə Arda Turanın deyil, komandanın digər futbolçuları: Kurtua, Koke və başqalarının da adını görmək mümkündür. Böyük ehtimalla, gənclər həmin formaları internet vasitəsi ilə sifariş edirlər. Çünki hazırda Bakıda “Atletiko”nun fan-şopu yoxdur. Mən Madridə yollanarkən xeyli dost-tanış “Atletiko”nun formasını gətirməyi rica etmişdi. Bir sözlə, maraq var və yəqin ki tezliklə Bakıda “Atletiko”nun rəsmi fan-şopu açıqlacaq. “Atletiko”nun fan-klubunun yaradılacağı da istisna deyil. Hazırda fanatlar daha çox sosial şəbəkərlədə ünsiyyət qururlar.

* Yeri gəlmişkən, “Visente Kalderon”da azərbaycanlı qonaqlar üçün xüsusi VİP-loja var. “Atletiko”nun çempionat oyunlarından birini canlı izlərkən stadionda 50 müxtəlif yerdə “Azerbaijan” yazısına rast gəldim. Bilirsiz ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Çelsi”yə qarşı baş tutan oyunu dünyanın müxtəlif yerindən 300 milyon insan izləyib? Finalda isə tamaşaçı auditoriyası daha geniş olacaq. Sadəcə inanılmazdır ki, nə qədər insan Azərbaycan haqda öyrənib və ya öyrənəcək? Bu əməkdaşlıq idmanla yanaşı turizmin də inkişafına böyük təkan verəcək.

* Bütün azarkeşlər istəyir ki, “Atletiko” cari mövsümdə heç olmasa bir titul qazansın (söhbət “Atletiko”nun çempionluğu rəsmiləşdirməsindən əvvəl olub - futbolxeber.az). Bu komanda bizə yad deyil. Onların iştirakı ilə baş tutan oyunlara baxarkən, belə təəssürat yaranır ki, sanki onlar Azərbaycanı təsmil edirlər. “Land of fire Azerbaijan” yazısı çox dəqiqliklə görünür. Əgər, komanda Çempionlar Liqasını qazansa, möhtəşəm olar. Bu halda onlar Bakıya yoxlama matçı üçün yeni statusda gələcəklər.

Tərcümə etdi: Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30