20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Heç kimi “Bakı”da zorla saxlamayacağıq”

“Elvin Məmmədovun “Bakı” ilə hələ müqaviləsi var. Onun sözləşməsi iyunun 30-da başa çatacaq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov deyib.

Klub rəsmisi "zolaqlılar"ın üzvü Elvin Məmmədovun “İnter”ə keçəcəyi haqda yayılan xəbərləri belə şərh edib: “30 iyundan sonra Elvin istəsə başqa kluba gedə bilər. Ancaq ilk öncə baş məşqçiylə danışmalıdır. Yalnız bundan sonra konkret söz demək mümkündür. Yəni, o, əvvəlcə Pantiçlə söhbət etməli, sonra qərar qəbul etməlidir. Onu da deyim ki, müqaviləsi bitən istənilən futbolçu komandadan gedə bilər. Heç kimi komandada zorla saxlamayacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30