25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İlqar Qurbanov: “Avrokuboklardan hər kəs bizdən uğur gözləyir”

İlqar Qurbanov “Qarabağ”la müqaviləsini yeniləməyinə münasibət bildir. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Qurbanov durumundan məmnun olduğunu qeyd edib: “Yenidən "Qarabağ"ın formasını geyinəcəyimə çox məmnunam. Artıq 4 ildir ki, "Qarabağ"dayam. Özümü burada evimdəki kimi hiss edirəm. "Qarabağ"da olan mehribançılıq, kollektivçilik bir futbolçu üçün əla stimuldur. Biz bir ailə olaraq bütünləşərək çempion olmağı bacardıq. İndi məsuliyyətimiz daha da artıb. "Qarabağ" formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıdan çətin dönəm gəlir. Avrokuboklardan hər kəs bizdən uğur gözləyir. Amma ilk növbədə yaxşıca hazırlaşıb ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq. Azarkeşlərimizi də "Qarabağ" ətrafında daha sıx birləşməyə səsləyirəm".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30