28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Bəzi futbolçularla yolları ayıra bilərik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Əvvəlcə komandanızın yay hazırlıq planı haqda məlumat vermənizi istərdik.

- Bildiyiniz kimi, hazırda futbolçular istirahətdədir. İyunun 12-də Bakıda bir araya gələcəyik. Burada altı günlük hazırlıqdan sonra ölkə xaricinə yollanacağıq. Böyük ehtimalla təlim-məşq toplanışını Avstriyada keçirəcəyik. İyunun 19-da yola düşəcəyik. Bir ölkədə hazırlıq keçəcəyimiz nəzərdə tutulub.

- “Qarabağ” bu dəfə bizi Çempionlar Liqasında təmsil edəcək. Bu baxımdan təlim-məşq toplanışı  əvvəlkilərdən fərqlənəcək?

- Bir müsbət cəhət var ki, bu dəfə futbolçuların dincəlməsi üçün kifayət qədər vaxt var. Avroliqada iştirak edəndə isə istirahətə az vaxt qalırdı. Həm də mövsümün sonuna iki tur qalmış çempion oldiğumuza görə əsas futbolçulara istirahət verdim. Çalışacağıq ki, daha diqqətli olaq. Ötən illərdə buraxdığımız səhvlərin düzəldilməsi üzərində işləyəcəyik.

- Yoldaşlıq oyunları üçün rəqiblərin hansı ölkələrin komandaları olacağı bəllidir?

- Xeyr. Yaxın bir həftə ərzində bu və digər məsələlər həll olunacaq. Dediyim kimi, çox güman, hazırlığımız Avstriyada olacaq. Amma Sloveniya variantı da var. Buna görə də gedəcəyimiz ölkədən asılı olaraq rəqibləri seçəcəyik.

- Jaba Dvali və Uilrix Kapolonqodan başqa göndərilən futbolçular olacaq?

- Hazırda yoxdur. Ancaq ola bilər.

- Bu, yeni transferlərdən asılıdır?

- Bəli, istədiyimiz transferlər baş tutsa, bəzi futbolçularla yolları ayıra bilərik.

- Hücumçu Nikolas Gelaşvilinin taleyi necə olacaq?

- Bunu deyə bilmərəm. Gelaşvili ilə müqaviləmiz var. Qeyd etdiyim kimi, yeni transferlərdən sonra qərar verəcəyik.

- Transferlərlə bağlı nə yenilik var?

- Müəyyən futbolçularla danışıqlar aparılır. Hələ ki, bir yenilik yoxdur.

- Komandanın kapitanı Rəşad Sadıqovun müqaviləsi başa çatır. Onunla yeni razılıq əldə olunub?

- Bəli, Rəşad “Qarabağ”da qalacaq. Onunla şifahi şəkildə razılığa gəlmişik. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

- Müqavilə müddəti nə qədər olacaq?

- Bunu klubun mətbuat xidməti açıqlayacaq.

- Konkret olaraq hansı mövqelərə və neçə futbolçu transfer olunmalıdır?

- Əgər bizi qane edən oyunçular tapsaq, hər  mövqeyə bir futbolçu almaq istəyirik. Yəni müdafiə, orta xətt və hücumu gücləndirməyə ehtiyac var.

- Klub tərəfindən transferlər üçün istədiyiniz büdcə ayrılıb?

- İnşallah, problem olmayacaq.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31