23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Xəzər Lənkəran"lı azarkeşlər Mübariz Mənsimova müraciət ünvanladılar

Ziyalılar “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət ediblər. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:

“İlk öncə “Xəzər Lənkəran”ı bizlərə bəxş etdiyiniz üçün sizə minnətdarlıq edir, hörmət və sayqımızı bildiririk. Böyük futbolun bölgəmizə döndüyü bu 10-il ərzində sevimli komandamızda bir çox məhşur futbolçular forma geymiş, dünya çapında tanınmış məşqçilər komandanın başında yer almışdır ki, bütün bunlar da sizin xüsusi qayğınız nəticəsində mümkün olmuşdur. Heç bir qarşılıq gözləmədən vətənpərvərlik nümayiş etdirərək doğma vətəndə futbolun inkişafı naminə gördüyünüz işlər danılmazdır.

Arxada qalan illər ərzində “Xəzər Lənkəran”ımızın kifayət qədər uğurları olmuşdursa da uğursuzluqlar da zaman-zaman özündən söz etdirə bilmişdi. Təəssüf ki, 10-illik yubileyində “Xəzər Lənkəran”ın heç bir uğur qazana bilmədi və bu hamımız üçün üzücü oldu. Lakin hətta indiki vəziyyət belə yerində saymağa və irəli gedib əzmlə çalışmaqdan vaz keçməyə səbəb ola bilməz. Əksinə məhz indiki məqamda daha dərindən düşünülmüş, ölçülüb biçilmiş düzgün qərarlar verilməlidir. Çünki, son zamanlar həmişə dolu görməyə alışdığımız, sizin əsəriniz olan Lənkəran şəhər stadionu uğursuz nəticələrə görə boş qalmış,insanlar komandadan küsmüş vəziyyətə gəlmişdir. Məlum olduğu kimi hazırda komandanın baş məşqçisi yoxdur, qarşıda bizi gözləyən növbəti mövsümə hazırlıq üçün də vaxt getdikcə azalır. Deməli məhz indi, “Xəzər Lənkəran”a xeyri verə biləcək bir mütəxəssisə ehtiyac vardır ki, mövsümün startına qədər komandanı toplayıb lazımi işləri görə bilsin. Bunun üçünsə istedadlı,özünü doğrultmuş, çevik qərarları və işgüzar fəaliyyəti ilə seçilən bir mütəxəssis komandanın başına gətirilməlidir. “Xəzər Lənkəran”ın 10-illik tarixində qazandığı uğurların sonuncusunun məhz Rumıniyalı mütəəxssis Mirça Redikin baş məşqçiliyində olmasını xatırlatmaq yerinə düşərdi. 2010-cu ilin yayında “Xəzər Lənkəran”a gətirilən bu məşqçi az müddətdə döyüşkən bir heyət qura bilmişdi. Komanda gözəl oyun nümayiş etdirərək qələbələri sıraladıqca azarkeşləri sevindirir, doğma stadionumuzu tribunaları indikindən fərqli olaraq tam dolurdu. Məhz onun çalışdığı müddətdə komandamız ölkə kubokunu başı üzərinə qaldırmış və çempionatda gümüş medala sahib çıxmışdı. Mirça Rednikin komandamızdan gedişindən sonra bir cox çalışdırıcı, hətta çox tanınmış mütəxxəsislər Con Toşak və Mustafa Dənizli belə “Xəzər Lənkəran”ı layiq olduğu yerlərə daşıya bilmədi. Yalnız Rednikin dönəmində “Xəzər Lənkəran” camiə olaraq bütövləşmiş və uğura gedən yolda klub rəhbərliyi və azarkeş toplusu birgə addımlamışdı.

Düşünürük ki, komandanı indiki vəziyyətdən çıxara biləcək mütəxəssislər arasında Mirça Rednikə üstünlük verilməsi tam məntiqəuyğun olardı. Bunu nəzərə alaraq Mübariz bəy, sizdən xahiş edirik ki, Rumıniyalı məşqçi Mirça Rednikin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması işində yardımçı olasınız. Qabaqcadan təşəkkür edirik.

Hörmətlə:

ZİYALILAR:

Lənkəran Dövlət Universitetinin müəllim kollektivi adından filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dossenti, Azərbaycan Yazıçılar birliyinin üzvü,Elşad Səfərli.

Lənkəran şəhər səhiyyə içiləri adından həkimlər; Cəbiyev Həsənağa, Əliyev Ağalı.

Azərbaycan Yazıçılar birliyinin üzvü, şair Ziyafət Əkbərov.

Masallı “Qodman” kənd məktəbini direktoru Yaqubov Bəhram Ağalar oğlu.

Qızılağac kənd məktəbinin direktoru, İslamov famil Yusif oğlu.

Müəllimlər, Heydərov Rüfət Əliməmməd oğlu , Kişiyev Elman Şahab oğlu, Əliyev Bəybala xaverdi oğlu, Nuriyev Ramiz Müərrid oğlu,Nuriyev Samid Şahlar oğlu,Fəttayev Azər Tələt oğlu,Məciyev Əlican Mədiəli oğlu, Səmədov Anar Əhmədov oğlu.

Sumqayıtdan müəllim Fəttayev Emin Vaqif oğlu.

Bakıda yaşayan “Xəzər Lənkəran”lı futbolsevərlər adından : Rakif Abbasov

“Xəzər Lənkəran”ın veteranlar klubu adından klubun sədri: Şirinov Məcid.

Fan klublar

“Caspian Ultras” Fanat Qrupu.

“Bosman” fan klubu.

“12-ci oyunçu” azarkeş qrupu.

“Moskva” fan klubu.

“Rəsmi fan kub”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30