Ölkə futbolu
AFFA övladlarımıza zülm edir
Premyer Liqada mövsümün başa çatdığı bir vaxtda aşağı yaş qrupları arasında respublika birinciliyinin qızğın vaxtıdır. AFFA-nın təşkilatçılığı ilə keçirilən bu yarışlarda bir neçə yaş qrupu üzrə mübarizə artıq başa çatıb. Məsələn, 12 yaşlı futbolçuların yarışında finalda “Neftçi”ni məğlub edən “Qəbələ” çempion olub. 11 yaşlıların çempionatında isə artıq yarımfinalçılar bəllidir. Bu gün keçiriləcək yarımfinal oyunlarından sonra mayın 22-də çempionluğu müəyyənləşdirəcək finalçıların adı məlum olacaq. Bu yazıda yarışların gedişatı ilə deyil, təşkilati işlər diqqətimizdən yayınmayan nöqsanlardan bəhs edəcəyik.
Əvvəlcə qısaca olaraq yarışların keçirilmə formatı haqqında. Reqlamentə əsasən çempionat 6 region üzrə təşkil edilir - Cənub, Şimal, Mərkəz, Qərb-Gəncə, Şimal-Qərb və Qarabağ və nəhayət paytaxt. Hər regionda komandaların sayları müxtəlifdir və müəyyən olunmuş yerləri tutanlar final mərhələsinə vəsiqə qazanırlar. Məsələn, U-11 liqasında final mərhələsində 16 komanda iştirak edir. Onlardan 5-i paytaxtı, qalanları isə regionları təmsil edirlər. Final mərhələsinin bütün oyunları Bakıda təşkil olunur ki, bu da başadüşüləndir. Lakin oyunların təkcə Mərdəkanda baş tutmasını anlamaq çətindir. Eyni gündə bir stadionda bir neçə oyunun ardıcıl təşkili bir qədər basabasa səbəb olur. Bayıl qəsəbəsində yerləşən stadiondan da istifadə ediləcəyi təqdirdə bu basabasın qarşısı bir qədər alınmış olardı. Digər tərəfdən “Dalğa” dəniz kənarında yerləşdiyindən çox vaxt orada güclü külək müşahidə olunur. Bu da balacaların bacardıqlarını ortaya qomasına əngəl yaradır. Üstəlik, oyunların keçirildiyi meydançanın kənarında nə azarkeşlər üçün yer var, nə də düz-əməlli çəkiliş aparmaq olmur. Çəkiliş demişkən, final mərhələsinin oyunları başlayana kimi AFFA bütün yaş qrupları üzrə birinciliklərin final oyununun televiziyalardan birində canlı yayımlanacağı barədə söz vermişdi. Bu yaxınlarda 13 yaşlıların finalı keçirildi və oyunun başlama vaxtında bütün kanalları ələk-vələk etsək də, futbolaoxşar bir şey tapmadıq. 13 yaşlıların çempionatına “Coca-cola” sponsorluq edir və birincilik “Coca-cola U-13” adlanır. Görəsən, kifayət qədər müştərisi olan bu şirkətin bapbalaca bir final oyununu televiziya vasitəsilə yayımlamağa pulumu çatmır? Əslində, çatır və şirkət həmin pulu AFFA-nın hesabına bəlkə də çoxdan köçürüb. Sponsor kimi. Sadəcə, AFFA-dakılar bu işə “dırnaqarası” münasibət bəslədilər. Mətləbdən uzaq düşsək də, bu da nöqsan kimi qeyd olunmalıdır. Bəlkə, insafa gəldilər, qalan finalları canlı yayımladılar.
Bütün bunlar bir yana, ən böyük problem təhsillə bağlıdır. Bayaq da qeyd etdiyimiz kimi, yarışlar aprelin son həftəsində start götürüb və mayın axırında başa çatacaq. Bü müddət ərzində orta məktəblərdə illik imtahanlar götürülür. Lap, imtahanlar olmasa belə, uşaqlar ən azı 1 həftə dərslərdən yayınmalı olurlar. Doğrudur, bizə yerli futbolçu lazımdır. Atalar demişkən, könlü balıq istəyənin quyruğu suda gərək. Amma... Vəziyyəti bir qədər ətraflı izah edək. Elə götürək yenə də U-11 liqasını. Final mərhələsində 16 komanda var ki, onlardan da 11-i bayaq qeyd etdiyimiz kimi bölgələri təmsil edir. Hər komandada orta hesabla 15 futbolçunun olduğunu nəzərə alsaq, bu, 240 nəfər edir. Deməli, 240 şagird dərsdən yayınır. Üstəlik U-11 liqasının oyunları elə bir vaxta təsadüf edir ki, həmin vaxt məktəblərdə şagirdlərdən summativ imtahanlar götürülür. Valideynlər inciməsinlər, 240 uşaqdan gələcəkdə 5-6-sı yaxşı futbolçu olsa, böyük uğurdur. Amma 240 şagirdin heç olmasa 30-40 faizi savadlı vətəndaş kimi yetişə bilər. Olmazdımı, final mərhələsinin oyunları Novruz bayramında keçirilsin? Həm şagirdlər tətilə buraxılmışdılar, iş günləri olmadığından həm valideynlərə rahat olardı, həm də havalar sərin idi. Hava demişkən, oyunların bəziləri günorta saat 1-də keçirilir – 30-35 dərəcə istidə. Oyunların keçirildiyi meydança süni örtüklü olduğundan isə, yerdən elə bil od qaynayır. Uşaqlara yazığınız gəlmir? Mərdəkanda saat 11-dən sonra böyüklər günün altında birtəhər olurlar, o da qalsın 11-12 yaşlı uşaq. Bunlar haqda AFFA rəsmilərinə iradlarımızı bildirəndə maraqlı arqument gətirdilər. Məsələn, yarışların keçirilməsi departamentinin rəhbəri Yusif Vəliyev final mərhələsinin Novruz bayramı günlərində təşkilinin onlara problem yaratdığını bildirdi. Həmin vaxt valideynlər tətili müxtəlif yerlərdə keçirdiklərindən uşaqları bir yerə yığmaq çətin olur. Valideynlər övladlarının futbolçu kimi yetişməsini istəyirlərsə, tətildən ola bilərlər. Bayaq dedik axı, könlü balıq istəyənin...
Başqa bir rəsmi şəxs isə daha gülməli fikir söylədi. Adını açıqlamaq istəmirik, sonra gülüş hədəfinə çevrilər – “əgər final mərhələsini Novruz bayramında keçirsək, aprel-may aylarında boşluq olcaq Bu da bizə sərf etmir”. Niyə boşluq olur ki, azından hansısa mini-turnir təşkil etmək olar. Məsələn, Heydər Əliyevin doğum günü münasibətilə. Və ya pley-off sistemi ilə respublika kuboku təşkil etmək də mümkündür. Həm siz boş qalmazsınız, həm də uşaqlar dərslərindən olmazlar.
Başqa bir anormal məqam – yarışların keçirildiyi təqvimə fikir versək, oyunlar həftənin iş günlərinə salınıb. Nadir hallarda şənbə və bazar günləri uşaqlar futbol oynayır. Yenə də bir misal gətirək, U-13 liqasında yarışlar aprelin 28-də başlayıb – həftənin bazar ertəsi günü. Qrup mərhələsinin oyunları mayın 1-də, yəni cümə axşamı başa çatıb. Ertəsi gün 1/4 final oyunları olub – yenə də iş günü. Təkcə yarımfinal oyunları bazar günü təşkil olunub. 3-cü yer və final oyunu da iş və dərs gününə təsadüf edib – mayın 12-i və 13-ə. Yaxşı ki, vaxtında edilən etirazlar bəhrəsini verdi. U-11 liqasında cümə gününə nəzərdə tutulmuş oyunlar dünən keçirildi. Heç olmasa, paytaxtda yaşayan uşaqlar bir gün düz-əməlli dərsə gedə bildilər.
Övladlarımıza futbol lazımdırmı? Lazımdır. Amma futboldan əvvəl savad, təhsil, sağlamlıqları vacibdir. Cavabdeh şəxslər arada bir az da uşaqları fikirləşsələr, ümumiyyətlə fikirləşsələr, əla olar.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü