24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Rövnəq Abdullayev: “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzu edirəm”

Bu gün Azərbaycan Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilmiş oyunlardan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib: “Azərbaycan Premyer Liqasında bu gün keçirilmiş qarşılaşmalarla XXII ölkə çempionatına yekun vuruldu. Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin shahidi olduq.

“Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında Ağdam təmsilçisinə uğurlar diləyirəm. O cümlədən UEFA Avropa Liqasında mübarizə aparacaq klublarımıza da qələbə sevinci arzulayıram.

Çempionat başa çatdı və idman prinsiplərinə uyğun olaraq, bu il Azərbaycan Premyer Liqasını sonuncu yerdə başa vurmuş “Rəvan” klubu növbəti mövsümdə mübarizəni Birinci divizionda, müvafiq olaraq, Birinci Divizionun qalibi olmuş “Araz-Naxçıvan” komandası isə yüksək liqada davam etdirəcək. Hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıram.

Məlum olduğu kimi, mövsümə Azərbaycan kuboku uğrunda yarışın mayın 22-də “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. İnanıram ki, azarkeşlər hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcək və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komanda kubok yarışının qalibi olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30