20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mustafa Dənizli: “İstefa verməmişəm”

“Xəzər Lənkəran”ın artıq sabiq hesab olunan baş məşqçisi Mustafa Dənizli maraqlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, türkiyəli mütəxəssis "Anadolu" agentliyinə açıqlamasında istefa vermədiyini qeyd edib. O, klub rəhbərliyi ilə gələcək layihələrlə bağlı aralarında fikir ayrılığının olduğunu təsdiqləyib. Amma qeyd edib ki, istefa ilə nəticələnəcək bir hadisə yaşanmayıb. M.Dənizli bildirib ki, hazırda Türkiyədədir və gələn həftə klubun rəhbərliyi  görüşərək təkrar müzakirə aparacaq: "Klubun prezidenti ilə bəzi məsələlərdə fikir ayrılımızın olması isə təbiidir".

Xatırladaq ki, “Xəzər Lənkəran”ın rəsmi saytı bu gün M.Dənizli ilə yolları ayırdığını açıqlayıb. Bildirilib ki, bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və  M.Dənizli arasında görüş keçirilib. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşma əldə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30