24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Fariz Nəcəfov: "Qəbələ” Azərbaycanda Hollandiya modeli yaratmaq istəyir"

 

Bu gün “Qəbələ” Futbol Akademiyasının yeni baş direktoru Stenli Brardın təqdimat mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, təqdimat mərasimində ilk olaraq klubun vitse-prezidenti Fariz Nəcəfov çıxış edib. Klub rəsmisi “Qəbələ” Futbol Akademiyasının 2009-cu ildən bəri olan fəaliyyətindən və uğurlarından danışıb: “Akademiyanın keçmiş direktoru Əli Yavaş vəzifəsindən ayrıldıqdan sonra artıq uzun müddət idi ki, ona əvəzləyici axtarırdıq. Nəhayət, seçimimizi Hollandiyanın “Feyonoord” uşaq futbol akademiyasının direktoru Stenli Brardın üzərində saxladıq. Hollandiya uşaq futbol məktəbləri bütün dünyada tanınır və öz dəsti-xətti ilə seçilir. “Qəbələ” də Azərbaycanda belə futbol modeli yaratmaq istəyir. Stenli Brardın rəhbərlik etdiyi Futbol Akademiyası Hollandiyada bir neçə dəfə çempionluğu və kuboku qazanıb”.

Daha sonra Stenli Brad çıxış edib. O, “Qəbələ”ni seçməsinin səbəblərindən danışıb: “Burada ikinci dəfədir oluram. Ötən ilin iyun ayında 15 yaşlı futbolçular arasında keçirilən turnirdə “Feyonoord”la birliklə bura gəlmişdim. O vaxtdan buradakı infrastrukturla, şəraitlə tanış idim. “Qəbələ”dən təkilf alanda bu amilləti nəzərə alıb razılıq verdim. Rəhbərliyin klubla bağlı planları, futbola baxışları məni qane edir. Həm də bir mütəxəssis kimi özümü xaricdə də təsdiq etmək istəyirdim. Ona görə də bu təklifi dəyərləndirdim. Burada olmağımdan çox məmnunam. Əsas məqsədimiz milli komandaya futbolçu yetişdirməkdir. Həm də bu futbolçuları xarici klublara transfer etməyi düşünürük”.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Stenli Brardla üç illik müqavilə imzalandığını bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30