25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azərbaycanlı futbolçu "Spartak"ın darmadağınında iştirak etdi

Rusiya Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 30-cı turun matçları oynanılır. Futbolxeber.az-ın məlumatına görə, “Spartak” öz meydanında artıq çempionluğu təmin edən “Dinamo”nu qəbul edib. Matç “Spartak”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun iştirakçları arasında həmyerlimiz Rəhim Sadıxov da olub. O, görüşün 72-ci dəqiqəsində Zəlimxan Bakayevi əvəzləyib. Bununla da 17 yaşlı futbolçu 2014-cü ildə ikinci dəfə meydana çıxıb. Daha əvvəl Sadıxov aprelin 19-da “Rubin”ə qarşı baş tutan matçda forma geymişdi.

Qeyd edək ki, Sadıxov Rəhim Fuad oğlu 1996-cı ilin 18 iyulunda anadan olub. Gənc yarımmüdafiəçinin boyu 180 sm, çəkisi isə 66 kq-dır. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30