19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var?”

“Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində komandada həyəcan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, matçın ədalətli nəticəsinin heç-heçə olduğunu düşünür: “Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımovun oyunu xoş təəssürat bağışladı. Sevindirici haldır ki, komandamızda bu cür gənc futbolçular yetişir. Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram. Bizdə hərdən feyr-play qaydaları işləmir, bunu normal qarşılayıram. Meydançadakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdur, meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmağının nə mənası var? 4 hakim də bəs edərdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30