25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“II yer çempionluğa bərabərdi"

“Komandanı və bütün klub üzvlərini ikinci yer tutması ilə təbrik edirəm. Həqiqətən də, hər bir üzvümüz mövsüm ərzində böyük iş gördü. Qazanılan uğur mənim üçün çempionluğa bərabərdir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Tsxadadze rəqibin qapıçısının inamlı oyununu qeyd edib: “Komanda sonuncu pillədən yüksələrək çempionluq üçün mübarizə apardı. Oyunda böyük üstünlüyə malik idik. Kamran Ağayev olmasa idi, böyük hesabla qalib gələcəkdik. Kamran öz yüksək səviyyəsini bir daha göstərdi. Müdafiədə etibarlı oynadıq, yaxşı hücumlar qururduq, oyuna tam nəzarət edirdik. Komandanın əsas heyəti çox yaxşıdır. Lakin Avroliqa öncəsi 3 futbolçu almağı düşünürük - mərkəz müdafiəçisi və hücumameylli futbolçular”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30