19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir”

“Rəqibi qələbə ilə təbrik edirəm. Heyətdə müəyyən dəyişiklilər etsək də, oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” ilk hissədə daha yaxşı təsir bağışladı, qol vurmaq şansları daha çox idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis fasilədən sonra daha yaxşı oynadıqlarını bildirib: “Fasilədən sonra biz daha yaxşı oynasaq da, qapımızda qol gördük. Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir. Bu oyunu təhlil edib, futbolçulara iradımızı çatdıracağıq. Yanvar ayından “Sumqayıt” baxımlı oyun göstərir. Komanda sürətli əks-hücumlar qurmağı bacarır. Onlara gələcəkdə uğurlar arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30