19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurbanovdan çempionluq şərhi

“Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Sxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis mükəmməl mövsüm keçirdiklərini qeyd edib: “Rəhbərliyimizə təşəkkür edirəm, komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər. Mükəmməl mövsüm keçirdik. Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30