24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Yaşar Seyidov: “Bu, qiyam deyil”

Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

- Bu gün xəbər portallarında maaşları gecikən "Bakı" futbolçularının qiyam etməsi, hətta "Qəbələ" ilə bu gün keçiriləcək oyuna çıxmaq istəmədikləri haqda məlumat yayılıb. Yazılanlarla bağlı fikirləriniz necədir?

- Bu, yanlış xəbərlərdir. Komandanın iclas keçirməsi, hər kəsin öz fikrini söyləməsi hələ futbolçuların qiyamı demək deyil. Bunu yazanların məqsədini çox yaxşı başa düşürük. Hər bir klubda maaşların kecikməsi və müəyyən başqa problemlər olur. Həmişəki kimi klubdaxili iclas keçirmişik. Futbolçular öz fikirlərini bildiriblər. Biz də rəhbərlik olaraq bu məslələrin yaxın günlərdə həll olunacağına söz vermişik. Komandamız artıq Qəbələdədir. Saat 17:00-da oyunumuzu canlı yayımla izləyə bilərlər.

- Komanda Qəbələyə tam şəkildə yollanıb?

- Bəli, zədəli və cəzalılardan başqa bütün futbolçular Qəbələyə gəlib. Hazırda oteldəyik.

- Futbolçuların "Qəbələ" ilə oyuna çıxmaq istəməməsi nə dərəcədə doğrudur?

- Futbolçular müəyyən fikirlər səsləndirib. Ancaq məsələ ciddiləşməyib. Müəyyən fikir müdaləsi aparmışıq. İclasda hər kəs öz fikrini bildirib. Bəli, kimsə etiraz edə bilər. Ancaq bunlar kluba aid olan məsələlrdir. Başa düşmürəm ki, niyə bu məsələlər bəzilərini çox narahat edir.  Qarşılıqlı şəkildə hər şey yoluna qoyulub.  "Bakı" klubu olaraq daim futbolçuları diqqətdə saxlayırıq və bundan sonra da belə olacaq.

- Məsələ ilə bağlı klub prezidenti Hafiz Məmmədova məlumat verilib?

- Bəli, klub prezidenti də bundan xəbərdardır. Ancaq burda elə bir ciddi problem yoxdur. Yaxın günlərdə özümüz bütün məsələləri yoluna qoyacağıq. Bu istiqamətdə işlər gedir.

- Etiraz edən bəzi legionerlərin müqaviləsinə xitam verilə bilər?

- Bu, etiraz forması deyil. Tək legionerlər yox, yerli futbolçularımız da iclasda öz fikirlərini deyiblər. Fikir bildirmək etiraz demək deyil. Burda fövqəladə bir şey yoxdur.

- Makedoniyalı qapıçı Edin Nurodinovski "Bakı"dan birdəfəlik ayrılıb?

- Bir neçə gün bundan əvvəl futbolçu özü baş məşqçiyə yaxınlaşıb, başqa komandanın təlim-məşq toplanışına qatılması üçün icazə istəyib. Pantiç isə onun getməsinə icazə verib.  

- Məlum məsələdən sonra oyunqabağı komandada əhval-ruhiyə necədir?

- Komandada ab-hava yüksək səviyyədədir. Burda olan rəhbərlik futbolçularla birlikdədir. İnanıram ki, komanda "Qəbələ" ilə oyuna yüksək əhval-ruhiyədə çıxacaq. 

 


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30