19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Rəvan" AZAL-la oyuna ciddi şəkildə hazırlaşır

 

Topaz Premyer Liqasında ardıcıl 4 qələbə qazanan "Rəvan” final mərhələsinin ilk dövrəsinin son turuna hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, 27-ci tur çərçivəsində AZAL-ın qonağı olacaq komanda matça ciddi hazırlaşır. Gündə 1 dəfə olmaqla keçirilən məşqlər "Bayıl Arena”da reallaşır.

Bu gün növbəti məşq baş tutdu. Havanın yağmurlu olmasına baxmayaraq, futbolçuların səylə çalışmaları xüsusi vurğulanmalıdır. Təxminən saat yarım davam edən məşqdə baş məşqçi Ramil Əliyev əsasən toplu çalışmalara üstünlük verdi, yetirmələrinin qapıya zərbələr və standart vəziyyətlər üzərində işləməsini istədi.

Komanda sabah oyunöncəsi son məşqini edəcək. Belə ki, Şüvəlandakı "AZAL Arena”da keçiriləcək oyun aprelin 19-da, yəni həftənin cümə günü baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30