26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İaşvili: “Qarabağ”a qalib gəlmək istəyirik”

“İnter”in hücumçusu Aleksandr İaşvili klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Baxmayaraq ki, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, bu komandayla oyun asan olmadı.

-Bəli, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, lakin bu vəziyyət onları liqada qalmaq üçün daha səylə mübarizə aparmağa vadar edir. Bu komanda çox yaxşı hücum futbolu oynayır. Belə komandalar adətən müdafiədən oynayırlar, lakin “Sumqayıt” yaxşı mənada istisna təşkil edir. “Sumqayıt” özlərini yaxşı tərəfdən nümayiş etdirməyə çalışan gənc futbolçulardan ibarətdir. Bu matçda bizə çətin oldu, ancaq əsas qələbədir və biz başlıca vəzifəmizi yetirə yetirməyi bacardıq.

- Xüsusilə də birinci hissənin əvvəlində çətin oldu, amma sonra “İnter” öz futbolunu göstərməyə başladı.

- Oyunun lap əvvəlində biz topu saxlamağa çalışırdıq, ancaq bunu etmək alınmırdı. Biz bilirdik ki, qonaqların heyətində əks-hücumlarda çox güclü olan sürətli futbolçular var. Komanda onlara əks-hücumlar üçün imkan yaratmamağa çalışdırdı, yəqin buna görə belə təəssürat yaranmışdı.

- Bu, sayca ard-arda 7-ci qələbə oldu. “İnter” mart ayının ortalarından xal itirmir.

- Ən əsası odur ki, biz qələbə qazanmaqda davam edirik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırırıq. Axı mövsümün ilk hissəsində turnir cədvəlinin sonuncu yerlərində gedirdik, lakin komanda özündə güc tapdı və xoşagəlməz vəziyyətdən çıxmağı bacardı. Bu, bütün komandanın xidmətidir. Ən başlıcası-belə qrafiki saxlamaq və mövsümü yaxşı notlarla başa vurmaqdır.

- Qarşıda komandanı səfərdə “Qarabağ”la çətin oyun gözləyir. Bu qarşılaşma barədə nə düşünürsünüz?

- Biz bu komandaya son 3 matçda məğlub olmuşuq. Əlbəttə, 4-cü matçda qalib gəlmək istəyirik. Məsələ futbol meydançasında həll olunacaq, biz nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq.

- Bu yaxınlarda mətbuatda belə bir məlumat yayıldı ki, mövsüm başa çatdıqdan sonra karyeranızı bitirəcəksiniz.

- Etiraf edim ki, bu məsələ barədə tam qərar verməmişəm. Bəli, karyeramı başa vurmaq barədə düşünmüşəm, ancaq bununla bağlı hələ yekun qərar qəbul etməmişəm. Qarşıda bizi daha 3 oyun gözləyir və növbəti oyunlarda komandaya kömək etmək istəyirəm. Hələlik yalnız bu haqda düşünürəm.

- Almaniyada keçirdiyiniz uzun illərdən sonra bu ölkəni tərk etmək çətin deyildi?

- Almaniyada 17 il yaşamışam və çempionatı dəyişmək çətin idi. Bu ölkə dünya futbolunda aparıcı mövqelərdədir. Orada dolu tribunlar qarşısında oynayırsan, matçlara 45 min, Dortmundasa 80 min tamaşaçı gəlir. Lakin Azərbaycana gələndə nə etdiyimi bilirdim və seçim barədə təəssüflənmədim. Etiraf edim ki, Azərbaycanda belə güclü çempionat olduğunu bilmirdim. Burada yaxşı futbolçular oynayırlar və asan oyunlar yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30