29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mario Souza: “Xəzər Lənkəran”a hücumçu lazımdı"

“Xəzər Lənkəran” klubunun seleksiyaçı məşqçisi Mario Souzanın müsahibəsi

- Komandanızın üzləşdiyi problemlə bağlı nə düşünürsünüz?

- Həqiqətən də, ağır günlərimizi yaşayırıq. Artıq mövsüm başa çatmaq üzrədir. Sona 3 tur qalıb. Kubokdan kənarda qaldıq, çempionatda isə 7-ci sıradayıq. Fikrimcə, indidən növbəti mövsümə hazırlaşmalıyıq. Çünki gələn il də uğursuzluq olsa, o zaman bunun altından çıxmaq olmayacaq. Bəzi futbolçuların səhvi komandaya baha başa gəldi. 

- Bəlkə klubdakı problem futbolçularla bağlıdır?

- Yox, elə düşünmürəm. “Xəzər Lənkəran” güclü komandadı, amma potensialını tam aça bilmir. Əgər futbolçular güclərini tam göstərə bilsələr, o zaman daha yaxşı olacaq. 

- Baş məşqçiniz Mustafa Dənizli uğursuzluqda futbolçuları günahlandırır...

- Dənizli böyük klublarda işləmiş mütəxəssisdir. Hər halda, məndən daha çox bilir. Elə deyirsə, deməli, nəsə var.

- Vilyan Tyeqonu nəzərə almasaq, qışda transfer edilən futbolçular nə iləsə yadda qalmadılar. Hətta ölkənizdən səs-küylə gətirilən Elias Ribeyro da yaxşı təsir bağışlamadı...

- Mən kiminsə haqqında danışmağı xoşlamıram. Tyeqonu Dənizliyə mən təklif etmişdim, gördü və bəyəndi. O, “Xəzər Lənkəran”dan öncə oynadığı klublarda da özünü ən yaxşı tərəfdən sübut edirdi. Tək Tyeqodan danışmaq istəmirəm. Bilirsiniz, əsas odur bütün komanda yaxşı oynasın. Hər bir futbolçu meydanda ürəyini qoymalıdı. Belə olsa, o zaman uğur da gələcək. Azarkeşləri “Xəzər Lənkəran”ı dəlicəsinə sevirlər. Bunun da  məsuliyyətini dərk etmək lazımdır. Bu qədər azarkeşi üzmək, itirmək olmaz.

- Cari mövsüm başa çatmaq üzrədir. Komanda üçün yeni futbolçular tapmısınız?

- Əlbəttə, diqqətdə saxladığımız futbolçu var. Daha yaxşılarını tapmaq üçün çox çətin iş qrafikində çalışırıq. Elə futbolçular tapmalıyıq ki, həm azarkeşlərin üzü gülsün, həm də komandadan aldığı pulun qarşılığını versin.

- “Xəzər Lənkəran”ın daha çox hansı mövqedə futbolçuya ehtiyacı var?

- Bunu baş məşqçi daha yaxşı bilər. Fikrimcə, yeni hücumçu almalıyıq, çünki komanda qol vurmaqda çətinlik çəkir. Başqa mövqelərdə də çatışmazlıqlar. Bütün hallarda, son qərarı baş məşqçi verəcək. Gözləyirik, görək komandadan kim gedəcək, kim qalacaq. 

- Bu barədə Mustafa Dənizli ilə söhbətiniz olub?

- Hələlik yox. 

- Sizə indiyədək hansı mövqelərə futbolçu lazım olduğunu deməyib?

- Xeyr.

- Braziliyadan Azərbaycana nə zaman qayıdacaqsınız?

- Hələ dəqiq bilmirəm.

- Dənizlinin komandadan ayrılmasından necə, xəbəriniz var?

- Yox.

- Təxminən 1 aydan sonra vətəninizdə dünya çempionatı start götürəcək. Yəqin ki, oyunları canlı izləyəcəksiniz?

- Əlbəttə. Çünki burda hamı futbolla yaşayır.  


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31