20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Erik Ramos: “Reynaldonun zərbəsindən sonra bir neçə dəqiqə ayağa qalxa bilmədim”

“Neftçi”nin futbolçusu Erik Ramos “Qarabağ”la oyun barədə klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, paraqvaylı futbolçu “Qarabağ”ın üzvü Reynaldodan şikayətlənib: “Qarabağ”la oyunun gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. Hər kəs gördü ki, rəqib bilərəkdən dirsəklə mənə çox sərt zərbə endirdi. Hətta zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim. Sadəcə bəxtim gətirdi ki, dirsək zərbəsindən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Videotəkrardan da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə deməli dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi? Belə bir fikir səsləndirirlər ki, hələ matçın birinci dəqiqəsi idi deyə hakim qırmızı vərəqə göstərmədi. Necə yəni, bəyəm futbolda qaydalar ikinci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki karyerasını bu cür zərbə altına atsın. Nə qədər hakim  ədalətsizliyi ilə qarşılaşmaq olar? Belə münasibətdən bezmişik artıq. “Qarabağ” Azərbaycanın iki ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişatına da ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı kim bilir nəticə necə olacaqdı?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30