25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ukrayna mətbuatı Fomenkodan yazdı

 

"İnter"də çıxış edən ukraynalı hücumçu Yuri Fomenko öz ölkəsinin mətbuatı tərəfindən də diqqət mərkəzində saxlanılır. Futbolxeber,az-ın məlumatına görə, Ukraynanın sport.ua saytı "İnter"in şərəfini qoruyan Y.Fomenko haqqında bunları yazıb: "Azərbaycan Premyer-Liqasında çıxış edən "Qellios"(Xarkov) klubunun sabiq hücumçusu Yuri Fomenkonun işləri pis getmir. Hazırda futbolçumuz Azərbaycanın ən iddialı komandalarından olan "İnter"in formasını geyinir. Hücumçu bu kluba qış transfer pəncərəsində Cənubi Qafqaz ölkəsinin ortabab klublarından sayılan "Kəpəz"dən keçmişdi. Hazırda Azərbaycan çempionatında "pley-off" mərhələsinin görüşləri keçirilir və bütün klublar iki qrupa bölümüşdür. Bakının "İnter" klubu 1-6 yerlər uğrunda mübarizə aparır və final mərhələsinin 4 turundan sonra bu komanda 47 xalla 3-cü pillədədir. Həlledici mərhələnin 4-cü turunda "bankirlər" səfərdə əsas rəqiblərindən biri olan "Qarabağ" klubuna 2:3 hesabıyla məğlub oldular. Bu matçda da fərqlənən Fomenko final mərhələsində vurduğu qolların sayını 3-ə çatdırdı və bu nəticəylə hücumçu "Qarabağ" klubunun braziliyalı futbolçusu Riçardla birgə "pley-off"un ən sərrast futbolçular siyahısına başçılıq edir. Hər iki oyunçunun aktivində 3 qol var."
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30