20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” 900-ə Muarem Muaremlə çatdı

“Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyununda vurub. Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Murem Muarem olub.

800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.

Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni neytral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N

Oyunçu

Rəqib

Yer

Dəq.

Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabitabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

-

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014

1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda qeyd olunmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30