18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Viktor Mendi: “Bu tarixi hadisədə yer aldığımıza görə sevincliyik”

Azərbaycan Kubokunun yarımfinal mərhələsi "Qəbələ"nin hücumçusu Viktor Mendi üçün yaddaqalan oldu. Futbolxeber.az-ın məlumatına görə, futbolçu "Xəzər Lənkəran"a qarşı baş tutan hər iki oyunda fərqlənməklə komandasının finala yüksəlməsində əvəzsiz rol oynadı. Cavab oyununda - "Xəzər Lənkəran" - "Qəbələ" (1:1) matçında 24-cü qolunu vuran klub tarixinin ən məhsuldar futbolçusu qarşılaşmanın ardından təəssüratlarını gabalafc.az-la bölüşüb. O, finala vəsiqə qazandıqlarına görə sevincli olduqlarını, amma Premyer Liqa marafonunda komandanı çox məsuliyyətli dönəmin gözlədiyini deyib: "İlk oyunda 3:0 qalib gəldikdən sonra bizi Lənkəranda böyük təzyiqin gözlədiyini bilirdik. Düzdür, doğma meydançamızda məhsuldar qələbə qazanmışdıq və final çıxmaq şansımız yüksək idi. Amma arxayınlaşmadıq. Gözlədiyimiz kimi oldu. İlk dəqiqələrdən lənkəranlılar irəli atıldı, biz isə yaxşı müdafiə olunduq. Qol vurmağımız rəqibi nisbətən sakitləşdirdi. Yekunda sevinən tərəf biz olduq. "Qəbələ" ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. Bu tarixi hadisədə yer aldığımıza görə sevincliyik. Amma artıq bu qələbəni unudub çempionata köklənməliyik. Bizi qarşıda çox məsuliyyətli oyunlar gözləyir. Bundan sonrakı hər oyun bizim üçün final havasında olacaq. İnanıram ki, istədiyimiz nəticələri qazanaraq Premyer Liqanı liderlər qrupunda tamamlayacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30