25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Kurtar: “...futbolçulardan ancaq buna görə narazıyam”

“Neftçi” klubunu qələbə ilə təbrik edirəm. Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olduğu üçün oyun üslübumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasa idi oyun başqa cür alınardı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.

Türkiyəli mütəxəssis komandasının qarşıdakı çempionat oyunlarında fərqli çıxış edəcəyinə inanır: “İlk oyunda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1-2 olanda bir neçə real qol imkanından yararlana bilmədik. Futboçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat oyunlarına çox fikir vermədik. Liqa və kubok oyunlarına fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudur, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30