20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

B.Hacıyev: “Yorulmadım, tükəndim”

“Bu oyunu şərh etmək istəmirəm. “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Ardıcıl üçüncü dəfə “ağ-qaralar”ı ölkə kubokunun finalına daşıyan Hacıyev mövsümün sonunda futboldan gedə biləcəyini belə istisna etməyib: “Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram. Finaldakı rəqibimizi bu gün biləcəyik. Mövsümü titulsuz bitirmək istəmirik. Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futbolla bitirim, yorulmadım, tükəndim. Araz Abdullayevlə bir neçə dəfə danışdıq, başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün, bu, mənfi haldır. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdır. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan başa aça bilmirlər, çünki, mentalitetimizi bilmirlər. Yerli futbolçuları çox yaxşı tanıyıram. “Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdur, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadır. Tahir Süleymanovun istefa verməyini stadionda eşitdim. “Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30