19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Bakı" və "Neftçi" finala yaxınlaşdı

Bu gün ölkə kubokunda 1/2 final mərhələsinin oyunlarına start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunları eyni gündə baş tutacaq. Günün ilk matçında "Bakı" "doğma divarlar" arasında "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Əzəli rəqiblərin növbəti qarşıdurması da olduqca gərgin keçəcək. Çünki hər iki komanda avrokuboklara yollanmaq üçün ölkə kubokunu qazanmağı hədəfləyib. İkinci "altılıq"da gün keçirən "Xəzər Lənkəran"dan fərqli olaraq, "Bakı" ilk "altılıq"da yarışır. Lakin bugünkü gündə "zolaqlılar"ın çempionatda nəinki ilk "üçlüy"ə düşəcəyi, hətta dördüncü yeri tutacağı da çətin görünür. Bu səbəbdən də cənublular kimi paytaxt təmsilçisi də əsas ümidini kuboka bağlayıb.

İkinci yarımfinal matçında isə "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Cari mövsüm çempionatda 3 dəfə üz-üzə gələn tərəflərin qarşıdurmasında hər 3 matçda "Qarabağ" qələbə qazanıb. Xüsusən də komandaların son oyunu xeyli söz-söhbətə yol açmışdı. Bu səbəbdən də "Neftçi" bu gün qələbə qazanmaqla uğursuz seriyaya son qoymağa, "Qarabağ" isə çempionatdakı qələbələrin təsadüf olmadığını sübuta yetirməyə çalışacaq.

"Neftçi" - "Qarabağ" 2:1 

QOLLAR: Araz Abdullayev 64, Bahadır Nasımov 90 - Vüqar Nadirov 55

"Neftçi": 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyoo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahadır Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
 
“Qarabağ”: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov,  20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Telli, 25. Ansi Aqolli
 
Ehtiyat oyunçular: 89. Miro Vardoviç, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Toğrul Bilallı, 55 Bədavi Hüseynov, 88. Kristian Torres
 

"Bakı" - "Xəzər Lənkəran" 1:0

QOL: Pena 84 (pen)

"Bakı": 1. Kamran Ağayev, 27. George Popxadze, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo,  14. Elvin Əliyev, 10. Lukas Mario Horvat, 7. Devidas Çesnauskis, 11. Elvin Məmmədov (k), 88. Cavid Hüseynov, 77. Aleksandr Soliç, 24. Marius Pena

Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqez, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev, 22. Risto Ristoviç, 28. Ferdi Elmas, 5. Aqil Nəbiyev
 
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 21. Radomir Todorov, 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
 
Ehtiyat oyunçular: 30. Toni Doblas, 6. Robert Alviz,  7. Sadio Tounkara, 9. Uğur Pamuk, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 35. Lusiano Olguin



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30