18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sports.ru": “Lans”ın İbrahimoviç və Falkaonu transfer etməyə hazır olan imkanlı sahibi var”

Rusiyanın aparıcı portallarından olan “Sports.ru”da Fransa ikinci liqasıyla bağlı yazı hazırlanıb. Futbolxeber.az-ın məlumatına görə, əslən azərbaycanlı, Rusiya vətəndaşlığını daşıyan Emil Əliyevin qələmə aldığı yazıda Hafiz Məmmədovun sponsorluq etdiyi “Lans”dan da söz açılıb. Yazının “Lans”ın sahibi Hafiz Məmmədovla bağlı olan hissəsini kiçik ixtisarla təqdim edirik:

- Liqa 1-ə vəsiqə qazanmağa səy göstərən əsas komandalardan biri də “Lans”dı. Bu klubun Liqa 1-də duruş gətirmək pespektivi xeyli yüksəkdi. Çünki klubun lazım olarsa İbrahimoviç və ya Falkaonu transfer etməyə hazır olan imkanlı sahibi var. Söhbət azərbaycanlı biznesmen, “Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti, Madrid “Atletiko”sunun sponsorlarından olan Hafiz Məmmədovdan gedir. Hesab edirəm ki, bir çox futbol həvəskarına artıq “Azerbaijan. Land of fire” imzası yaxşı tanışdır. “Land of fire Azerbaijan” əvvəlcə ispan klubunun, bu ildən isə həm də “Lans”ın formalarında yer alır. Gələcəkdə həm “Atletiko”, həm də “Lans”ın formalarının üzərində Bakıda keçiriləcək I Olimpiya Oyunlarının loqotipi yer alacaq. Yeri gəlmişkən, “Lans” artıq bu formayla meydana çıxıb.

Ümumiyyətlə, Məmmədov müxtəlif yollarla öz ölkəsini reklam edir. Onun məqsədi həm də ölkəsində futbolu inkişaf etdirməkdir. Onun sayəsində həm də Azərbaycandan olan gənclər “Atletiko” və “Lans”ın akademiyalarına cəlb olunurlar. Əvəzində həmin komandalar bunun qarşılığında pul alırlar. Əgər, “Atletiko” üçün bu, əlavə puldursa, “Lans” məhz Hafiz Məmmədovun sayəsində Liqa 3-ə yuvarlanmaqdan qurtuldu. Məmmədov klubunun borclarını ödəməklə, “Lansı”ın daha aşağı liqaya yuvarlanmasına imkan vermədi.

Sözün açığı, “Lans”dakı dəyişikliklər mənə ikiqat xoşdur. Çünki damarımda axan qanın 50 faizi Azərbaycan köklüdür. Odur ki, indi mənim bu komandaya daha böyük marağım və simpatiyam var...”  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30